Bu içki koronavirusla mübarizəyə yardım edir
21.11.2020 18:36

Adaçayı və perilla əsasında hazırlanmış çay koronavirusun aktivliyini azaldır.

 

Aztibb.az www.m24.ru-ya istinadən xəbər verir ki, bu barədə adı çəkilən otlardan olan çayın koronavirusa yoluxmuş hüceyrələrə təsirini araşdıran Essen Universiteti Xəstəxanasının Virusologiya İnstitutunun alimləri bildiriblər.

 

Mütəxəssislər içkini hazırlayarkən əvvəlcə onları qaynama həddinə çatdırıblar, sonra isə suyun bitki komponentləri ilə maksimum doymasını təmin etmək üçün çayı iki saat ərzində 60° C-də dəmləyiblər.

 

Eksperimentin nəticələrinə görə, koronavirus infeksiyasının çoxalmasını əhəmiyyətli dərəcədə yatırmaq üçün adaçayı və perilla ilə hazırlanmış çayın cəmi 30 dəqiqəlik təsiri kifayətdir. Mütəxəssislər qeyd edirlər ki, söhbət ümumi antiviral təsirdən getmir, çünki herpes virusu üzrə sınaqlarda bu cür effektə nail olmaq mümkün olmayıb.

 

Alimlərin sözlərinə görə, bu otlar əsasında hazırlanan çaylar COVID-19-a qarşı profilaktik tədbir kimi istifadə edilə bilər, lakin onların araşdırmalarının nəticələri hələ digər alimlər tərəfindən də qiymətləndiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib