Araşdırma ürək damarlarında mikroplastikin izlərini üzə çıxardı
17.07.2026 10:29

Plastik tullantılar tamamilə yox olmur, zaman keçdikcə daha kiçik hissəciklərə parçalanır. Bu hissəciklərin ən xırdaları orqanizmin qoruyucu baryerlərini keçərək müxtəlif toxuma və orqanlarda toplana bilir. İtaliya alimlərinin yeni araşdırması göstərib ki, mikroplastik və nanoplastik hissəciklər hətta ürəyi qidalandıran qan damarlarında da mövcud ola bilər.

 

Aztibb.az tədqiqatın dərc edildiyi "European Heart Journal" nəşrinə istinadən yazır ki, tədqiqatın müəlliflərindən, Roma Sapienza Universitetinin alimi Paskuale Paolisso bildirib ki, mikroplastik və nanoplastik hissəciklər nəfəs aldığımız havada, içdiyimiz suda və gündəlik istehlak etdiyimiz bir çox qida məhsullarında mövcuddur. Son illərdə bu hissəciklərin insan qanında, ağciyər toxumasında və hətta ana südündə aşkarlanması onların sağlamlığa mümkün təsiri ilə bağlı narahatlıqları artırıb.

Araşdırmada İtaliyanın iki xəstəxanasında koronar angioqrafiyadan keçən 61 pasiyent iştirak edib. Onlar üç qrupa bölünüblər:

yaxın zamanda infarkt keçirmiş şəxslər;
xroniki işemik ürək xəstəliyi olan pasiyentlər;
koronar damarlarında problem aşkarlanmayan şəxslər.

Qan nümunələri birbaşa ürək əzələsini qidalandıran koronar damarlardan götürülüb və xüsusi laboratoriyalarda mikroplastik hissəciklərin mövcudluğu analiz edilib.

Nəticələrə görə:

infarkt keçirmiş pasiyentlərin 84 faizində mikroplastik hissəciklər aşkar edilib;
xroniki işemik ürək xəstələrinin 40 faizində bu hissəciklər müəyyən olunub;
sağlam koronar damarlara malik şəxslərin isə 32 faizində mikroplastik tapılıb.

İnfarkt keçirmiş şəxslərin qanında daha çox müxtəlif növ plastik hissəcikləri aşkarlanıb. Ən çox rast gəlinən plastik növü polietilen olub. Bu material alış-veriş paketləri, qida qablaşdırmaları və digər gündəlik məişət məhsullarının istehsalında geniş istifadə olunur.

Tədqiqat həmçinin göstərib ki, siqaret çəkmək və çirkli havaya uzunmüddətli məruz qalmaq qanda mikroplastikin aşkarlanma ehtimalını əhəmiyyətli dərəcədə artırır. Siqaret çəkənlərdə bu hissəciklərin qan dövranında olması ehtimalı siqaret çəkməyənlərlə müqayisədə təxminən altı dəfə yüksək olub.

Ən yüksək risk həm siqaret çəkən, həm də yüksək hava çirkliliyi şəraitində yaşayan insanlarda müşahidə edilib. Bu qrupa daxil olan bütün iştirakçıların qanında mikroplastik aşkarlanıb. Halbuki nə siqaret çəkən, nə də ciddi hava çirkliliyinə məruz qalan şəxslər arasında bu göstərici cəmi 12,5 faiz təşkil edib.

Tədqiqatın həmmüəllifi, professor Emanuele Barbato vurğulayıb ki, əldə olunan nəticələr mikroplastikin infarkta birbaşa səbəb olduğunu sübut etmir. Bununla belə, araşdırma ətraf mühit amilləri, qanda mikroplastikin mövcudluğu və ürək-damar xəstəlikləri arasında güclü əlaqənin olduğunu göstərir. Alimlər bu əlaqənin səbəblərini aydınlaşdırmaq üçün daha genişmiqyaslı tədqiqatların aparılmasının vacibliyini bildirirlər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev