COVID-19-dan sağalmanı ləngidən və sürətləndirən QİDALAR
21.11.2020 11:20

Dünyada hər gün yüz minlərlə insan koronavirusa yoluxur və təqribən eyni sayda insan bu xəstəlikdən sağalır. 


Aztibb.az xarici KİV-ə istinadən xəbər verir ki, bu prosesin sürətləndirilməsi üçün insanların qida məhsullarına xüsusi diqqət yetirməsi çox vacibdir.


Mütəxəssislərin fikrincə, koronavirusa yoluxan xəstələrin pəhriz yeməklərinə heyvan və bitki mənşəli faydalı yağların əlavə olunması zəruridir. Məsələn, avokado bu sahədə ən qiymətli meyvələrdən sayılır.


Kətan, zeytun və kərə yağı da daxil olmaqla müxtəlif növ yağlara xüsusi diqqət yetirilməlidir. Ancaq koronavirusun müalicəsi zamanı sağalma prosesini ləngidən və bədəni zəiflədən şirin məhsullardan, xəmirli yeməklərdən və buna bənzər digər kulinariya məhsullarından tamamilə imtina edilməlidir. COVID-19-a yoluxan zaman bu məkrli patogendən daha tez xilas olmaqdan ötrü immunitet sisteminin güclənməsinə kömək etməliyik.


Koronavirusa yoluxanlar zülallı məhsullara toyuq, balıq və krevetlərə, müxtəlif növ dənli bitkilərə, meyvə və tərəvəz salatlarına üstünlük verməlidir. O cümlədən göyərti xəstənin masasından əskik olmamalıdır. Ümumiyyətlə, yaxşı iştah onu göstərir ki, xəstənin vəziyyəti davamlı olaraq sağalmağa doğru gedir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib