ATU “Rezident həyatı yaşa–5” layihəsinə start verir
15.07.2026 08:51

Azərbaycan Tibb Universiteti (ATU) tələbələrin peşəkar inkişafına töhfə vermək məqsədilə ənənəvi “Rezident həyatı yaşa-5” layihəsinə start verir. 

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, layihənin əsas məqsədi tələbələrin yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkilini təmin etmək, onların nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndimək, bilik və vərdişlərini inkişaf etdirmək, həmçinin gələcək ixtisas seçimində maraq göstərdikləri ixtisaslarla yaxından tanış olmaları üçün əlverişli imkan yaratmaqdır. 

 

14–23 iyul 2026-cı il tarixlərini əhatə edən layihəyə universitetin I və II Müalicə-profilaktika fakültələrinin III, IV və V kurslarında təhsil alan ümumilikdə 110 tələbə cəlb olunub. 

 

Layihənin həyata keçirilməsinə ATU Tədris Cərrahiyyə Klinikası, ATU Onkoloji Klinikası, Modern Hospital, Avropa Beynəlxalq Hospital və Respublika Dəri-Zöhrəvi Mərkəzi dəstək verir. Tələbələr bu tibb müəssisələrində 17 ixtisas üzrə praktik hazırlıq keçərək rezident həkimlərin gündəlik fəaliyyəti ilə yaxından tanış olmaq və klinik mühitdə peşə bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. 

 

Layihə iştirakçıları neyrocərrahiyyə, kardiocərrahiyyə, radiologiya, urologiya, mamalıq və ginekologiya, oftalmologiya, pediatriya, anesteziologiya və reanimatologiya, qastroenterologiya ixtisasları üzrə praktiki təcrübə qazanacaqlar. Həmçinin praktik hazırlıq kardiologiya, nevrologiya, dermatovenerologiya, ümumi cərrahiyyə, endokrinologiya, onkoginekologiya, təcili tibbi yardım və plastik-rekonstruktiv cərrahiyyə ixtisaslarını əhatə edəcək. 

 

Qeyd edək ki, tələbələr tərəfindən hər il böyük maraqla qarşılanan və artıq ənənəyə çevrilən “Rezident həyatı yaşa” layihəsinin müəllifi ATU-nun I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzovdur. Layihə gələcək həkimlərin peşə hazırlığının gücləndirilməsi, nəzəri biliklərininin klinik təcrübə ilə daha da möhkəmləndirməsi, onların klinik mühitə erkən adaptasiyası və ixtisas seçiminə dəstək baxımından mühüm əhəmiyyət daşıyır, həmçinin peşə hazırlığının erkən mərhələdən formalaşmasına mühüm töhfə verir.
 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev