“Könüllü TƏBİB” layihəsinin tətbiqinə başlanılır
13.07.2026 16:52
Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində “Könüllü TƏBİB” layihəsinin tətbiqinə başlanılır.
 
Aztibb.az-a verilən məlumata görə, könüllülərin “Qızıl yaşlar. Sağlam və fəal həyat üçün” 65 yaşdan yuxarı şəxslərin profilaktik tibbi müayinələrinin keçirildiyi tibb müəssisələrinə təhkim olunması nəzərdə tutulub.
 
Könüllülər fəaliyyətə başlamazdan öncə Bakı Baş Səhiyyə Mərkəzində müvafiq olaraq təlimlərə cəlb olunublar.
 
Təlim zamanı onlara Mərkəzin strukturu, iş fəaliyyəti, tabeli tibb müəssisələri haqqında ətraflı məlumat verilib, həmçinin hədəf kateqoriyalarda olan şəxslərin müayinələri zamanı ünsiyyət və davranış qaydaları izah olunub.
 
Qeyd olunub ki, könüllülərin əsas vəzifələri təhkim olunduqları tibb müəssisələrində vətəndaşlara dəstək göstərmək, vətəndaş məmnunluğunun qiymətləndirilməsi ilə bağlı sorğular həyata keçirməkdir.
 
Təlim proqramının müddəti 2 ay nəzərdə tutulub. Proqramın sonunda könüllülərə sertifikat və tövsiyə məktubları təqdim olunacaq.
 
Məlumat üçün bildirək ki, TƏBİB-in dəstəyi, Bakı Baş Səhiyyə Mərkəzinin təşkilatçılığı ilə “Qızıl yaşlar. Sağlam və fəal həyat üçün” şüarı ilə yaşı 65-dən çox olan şəxslərin profilaktik tibbi müayinələri həyata keçirilir. Məqsəd yaşla bağlı risklərin vaxtında aşkarlanması, xəstəliklər aşkar olunduğu hallarda müalicə-sağlamlaşdırma tədbirlərinin erkən başladılması və həyat keyfiyyətinin qorunmasıdır.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır