ATU "Sağlamlıq və rifah - SDG 3" və "Məqsədlər naminə tərəfdaşlıq - SDG 17" istiqamətləri üzrə növbəti addım atıb  
13.07.2026 11:18

Azərbaycan Tibb Universiteti (ATU) BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədinə (SDG) nail olunması istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirir. Bu baxımdan, universitet ana-uşaq sağlamlığı (Maternal Health/ Child Health), ictimai səhiyyə (Public Health), icma sağlamlığı (Community Health), sağlam həyat tərzi (Healthy Lifestyle), profilaktik tibb (Preventive Medicine), sağlamlığın təşviqi (Health Promotion) üzrə müvafiq tədbirləri daim diqqət mərkəzində saxlayır. Universitet tərəfindən növbəti belə bir addım SDG 3 - Sağlamlıq və rifah (SDG 3 – Good Health and Well-being) və Məqsədlər naminə tərəfdaşlığı dəstəkləyən (Partnerships for the Goals) - SDG 17 istiqamətləri üzrə atılıb.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Bildirilib ki, Azərbaycan Tibb Universiteti Qırğızıstan Respublikasında keçirilən "İssık-Kul sahilində uşaq ürəyi: nailiyyətlər və perspektivlər" mövzusuna həzr olunmuş II Beynəlxalq konqresdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan Pediatrlar Asossiasiyasının (APA) sədri, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, t.ü.f.d. Təranə Tağızadə, həmin kafedranın dosenti, t.ü.f.d. Fəxriyyə Məmmədova və Yoluxucu xəstəliklər kafedrasının dosenti, t.ü.f.d. Samir Məmmədov iştirak edib.

 

Azərbaycanla yanaşı, tədbirə Türkiyə, Qazaxıstan, Özbəkistan, Belarus, Rusiya, Almaniya və digər ölkələrdən olan uşaq kardiologiyası, uşaq ürək-damar cərrahiyyəsi, aritmologiya, pediatriya, neonatologiya və anesteziologiya sahələrinin aparıcı mütəxəssisləri qatılıblar. Kardiologiya, kardiocərrahiyyə və pediatriyanın aktual məsələlərinin müzakirə olunduğu bölmə iclaslarında APA-nın üzvləri olan həkimlərimiz klinik halları müzakirə edib, xarici həmkarları ilə təcrübə mübadiləsi aparıb və beynəlxalq peşəkar əlaqələrini genişləndiriblər.

 

Konqres çərçivəsində Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistandan olan nümayəndələrin iştirakı ilə Türk Dünyası Pediatrlarının II Qurultayı da baş tutub. Qurultayda T.Tağızadə “Azərbaycanda uşaq brusellyozunun aktual problemləri” mövzusunda məruzə edərək, xəstəliyin erkən diaqnostikası və müasir müalicə üsullarını diqqətə çatdırıb.

 

Alim ölkəmizdə pediatrik brusellyozla mübarizədə əldə olunan nailiyyətləri qeyd etməklə yanaşı, gələcək birgə regional fəaliyyətin və preventiv tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
“Nadir pediatrik xəstəliklərdə süni intellekt: genom datalarından klinik qərarların dəstəklənməsinədək” adlı təqdimatında t.ü.f.d., dosent Fəxriyyə Məmmədova nadir patologiyaların diaqnostikasında rəqəmsal texnologiyaların oynadığı roldan bəhs edib, genom məlumatlarının analizində süni intellekt alqoritmlərinin tətbiqinin həkimlərə daha sürətli və dəqiq klinik qərarlar qəbul etmək imkanı qazandırdığını bildirib.

 

Sonra “Uşaqlarda viral B və C hepatitlərinin müalicəsinə müasir yanaşmalar” mövzusunda çıxış edən t.ü.f.d., dosent Samir Məmmədov uşaqlarda xroniki viral hepatitlərin müalicəsində son illərdə tətbiq olunan effektiv terapevtik protokollar haqda  danışıb.

 

Beynəlxalq tədbirdə erkən diaqnostika, uşaq kardiologiyasında innovativ texnologiyaların tətbiqi, eləcə də müxtəlif ixtisaslı mütəxəssislər arasında multidissiplinar əməkdaşlığın gücləndirilməsi məsələləri önə çəkilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır