ATU tələbəsi ISCOMS 2026 beynəlxalq konqresində elmi tədqiqatını uğurla təqdim edib
12.07.2026 16:45

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin tələbəsi Tina Kərimi Niderlandın Groningen Universitetində keçirilən 33-cü Beynəlxalq Tələbə (Bio)Tibb Elmləri Konqresi – ISCOMS 2026-da universitetimizi uğurla təmsil edib. 

 

Bu barədə Universitetdən Aztibb.az-a xəbər verilib.

 

Tina Kərimi konqres çərçivəsində “Semaglutid (Ozempic) müalicəsinin ağız sağlamlığına təsiri: Klinik müşahidə” adlı elmi tədqiqat işini şifahi təqdimat formatında təqdim edib. Tədqiqatda semaglutid müalicəsinin ağız sağlamlığına təsiri klinik müşahidələr əsasında qiymətləndirilib, əldə olunan nəticələr isə beynəlxalq elmi ictimaiyyətin müzakirəsinə çıxarılıb. Ağız sağlamlığı sahəsində elmi biliklərin genişləndirilməsinə xidmət edən bu araşdırma BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 3-cü məqsədi – “Sağlam həyatın təmin edilməsi və hər yaşda rifahın təşviqi”istiqamətində aparılan elmi fəaliyyətlərə töhfə verir.

 

Qeyd edək ki, dünyanın nüfuzlu tələbə elmi platformalarından biri hesab olunan ISCOMS 2026 bu il 62 ölkədən 589 iştirakçını bir araya gətirib. Konqres çərçivəsində tibb və biotibb elmlərinin aktual istiqamətləri üzrə elmi məruzələr təqdim olunub, tanınmış alim və professorların iştirakı ilə müzakirələr aparılıb, gənc tədqiqatçılar arasında beynəlxalq elmi əməkdaşlığın inkişafına əlverişli imkanlar yaradılıb.

 

ATU tələbəsinin belə mötəbər beynəlxalq elmi tədbirdə uğurla çıxış etməsi universitetdə elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsi, tələbələrin qlobal akademik mühitə inteqrasiyası və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsidir. Bu baxımdan, konqresdə iştirak BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü məqsədi – “Keyfiyyətli təhsil” çərçivəsində tələbələrin tədqiqat bacarıqlarının və akademik potensialının gücləndirilməsinə, eləcə də 17-ci məqsədi – “Məqsədlər naminə tərəfdaşlıqlar” istiqamətində beynəlxalq elmi əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.

 

 
 
 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır