Azərbaycan Tibb Universitetinin "Ən yaxşı müəllim"ləri
12.07.2026 10:00

Azərbaycan Tibb Universitetinin (ATU) 2026-cı il məzunları arasında "Ən yaxşı müəllim" nominasiyası üzrə sorğu keçirilib və bütün fakültələr üzrə sorğunun nəticələri “Məzun Günü”ndə açıqlanıb.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, I Müalicə-profilaktika fakültəsi üzrə I Cərrahi xəstəliklər kafedrsının assistenti Elman Əzimov, II Müalicə-profilaktika fakültəsi üzrə Təcili tibb kafedrasının assistenti Günel Sadıqova, Hərbi tibb fakültəsi üzrə tədris şöbə rəisinin elmi işlər üzrə müavini, tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədov bu ada layiq görülüb.

 

Bundan əlavə, Stomatologiya fakültəsi üzrə Ortopedik Stomatologiya kafedrasının assistenti Elmar Babayev, İctimai səhiyyə fakültəsi üzrə Fizioterapiya və tibbi reablitasiya kafedrasının dosenti Təranə Musayeva, Əczaçılıq fakültəsi üzrə isə Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının dosenti Sevil Mehralıyeva tələbələr arasında böyük rəğbət görərək, ilin "Ən yaxşı müəllim"i seçiliblər.

 

ATU-nun ən yaxşıları sırasında yer alan müəllimlərə “Məzun Günü”ndə hər fakültənin dekanı tərəfindən “Təşəkkürnamə” təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev