Almaniyada iki COVID xəstəsini bilərəkdən öldürən həkim saxlanılıb
21.11.2020 09:51

Almaniyanın Essen şəhər polisi universitet xəstəxanasında iki COVID-19 xəstəsinin qəsdən öldürülməsində şübhəli bilinən həkimi saxlayıb.

 

Bu barədə Aztibb.az iz.ru-ya istinadən məlumat verir.

 

Bildirilir ki, Essen Universiteti Xəstəxanasının həkimi 18 noyabr tarixində həbs olunub. Prokurorluq və Essen polis idarəsinin birgə araşdırmasından sonra həkimin qəsdən və qanunsuz olaraq ağır xəstələrə ömrünün son mərhələsində onların ölümlərinə səbəb olan narkotik maddə vurduğu şübhəsi var.

 

Hər iki xəstə - 47 və 50 yaşlı kişilər - 13 və 17 noyabr tarixlərində ölüblər. Hər ikisi də şübhəli tərəfindən müalicə altına alınıb və dərman verildiyi anda “çox ağır vəziyyətdə olublar”. Essen polisi cinayəti araşdırmaq üçün komissiya yaradıb və həkim istintaq təcridxanasına yerləşdirilib. O, artıq ölüm hadisələrindən biri ilə bağlı ifadə verib və bu əməlini “xəstənin və ailəsinin əzablarına” son qoymaq istədiyi ilə əlaqələndirib.

 

Qeyd edilir ki, 44 yaşlı həkim bu ilin fevral ayından bəri Essen Universiteti Xəstəxanasında çalışırmış.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib