Mərkəzi Gömrük Hospitalında anadangəlmə penil kordi qüsuru uğurla əməliyyat olunub
10.07.2026 06:40

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov tərəfindən anadangəlmə penil kordi (penil kurvatur) diaqnozu qoyulmuş pasiyent üzərində uğurlu cərrahi əməliyyat icra olunub.

 

Aztibb.az xəbər verir ki, həkimin sözlərinə görə, penil kordi (penil kurvatur) cinsiyyət üzvünün anadangəlmə əyriliyi ilə xarakterizə olunan inkişaf qüsurudur. Bu vəziyyət gələcəkdə həm funksional, həm də psixoloji problemlərə səbəb ola biləcəyindən vaxtında diaqnostika və cərrahi müalicə xüsusi əhəmiyyət daşıyır.

 

Əməliyyat zamanı cinsiyyət üzvünün anatomik quruluşu bərpa edilərək əyrilik aradan qaldırılıb. Cərrahi müdaxilə uğurla başa çatıb. Pasiyentin əməliyyatdan sonrakı vəziyyəti qənaətbəxş qiymətləndirilir, sağalma prosesi isə həkim nəzarəti altında davam edir.

 

Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsində uşaqlarda anadangəlmə inkişaf qüsurları, sidik-cinsiyyət sistemi xəstəlikləri və digər mürəkkəb cərrahi patologiyaların diaqnostikası və müasir cərrahi müalicəsi beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev