Əməliyyatsız müalicə üsulu yüzlərlə qadına ümid oldu
08.07.2026 15:56

Türkiyənin Ərzurum şəhərində fəaliyyət göstərən Fatih Alper tərəfindən hazırlanmış əməliyyatsız və hədəfyönlü müalicə üsulu sayəsində yüzlərlə qadın xroniki süd vəzi iltihabından (qranulomatoz mastit) sağalıb.

Aztibb.az "Medimagazin"ə istinadən yazır ki, Atatürk Universiteti Tibb Fakültəsinin Radiologiya kafedrasının müdiri olan professor Alperin 2015-ci ildə hazırlamağa başladığı və 2020-ci ildə elmi ədəbiyyata daxil edilən üsulda xəstələrə ultrasəs nəzarəti altında süd vəzisinin içinə aşağı dozalı steroid inyeksiyası tətbiq edilir.

10–15 dəqiqə davam edən və orta hesabla 5 seansdan ibarət müalicə nəticəsində son 11 ildə 700 qadın əməliyyatsız və ağızdan dərman qəbul etmədən sağalıb.

Prof. Dr. Fatih Alper bildirib ki, ağızdan qəbul edilən dərmanların cəmi 1–2 faizi süd vəzisinə çatdığı halda, bu üsulda preparatın 95 faizdən çoxu birbaşa zədələnmiş toxumaya yönəlir və müalicənin effektivliyini artırır.

Onun sözlərinə görə, son illərdə lokal steroid müalicəsi dəriyə tətbiq olunan steroidlər və vitamin-mineral dəstəyi ilə birləşdirilərək daha uğurlu nəticələr əldə edilir.

Professor qeyd edib ki, bu üsul üçün Türkiyənin müxtəlif bölgələri ilə yanaşı Almaniya, Azərbaycan, Dubay və Niderlanddan da xəstələr müraciət edir. Xəstəlik əsasən 20–40 yaşlı qadınlarda rast gəlinir və süd vəzisində südün toplanması, stress və travmalar onun yaranmasına və təkrarlanmasına səbəb ola bilər.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
 Quba RMX-da 0–3 aylıq körpələrin planlı profilaktik müayinələri həyata keçirilir   
 Kolonoskopiyadan qorxmağa dəyərmi?   
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
Neftçalada
 Mədə-bağırsaq qanaxmaları endoskopik üsulla necə dayandırılır?   
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı
 Qəbələ RMX-da növbəti ağır cərrahi əməliyyat uğurla icra edilib   
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
İİV infeksiyası ilə mübarizədə yeni yanaşmalar müzakirə olunub