Ürək çatışmazlığının diaqnostikasında BNP-nin rolu
24.08.2026 17:12

BNP ürək əzələlərinin, xüsusilə mədəciklərin, gərginlik və təzyiq artımına cavab olaraq ifraz etdiyi hormondur. Qanda BNP səviyyəsinin yüksəlməsi ürəyin normadan artıq yüklənməsinə işarə edə bilər və ürək çatışmazlığının diaqnostikası və izlənməsində mühüm biomarker hesab olunur.

Aztibb.az xəbər verir ki, BNP analizi əsasən təngnəfəslik, ayaqlarda şişkinlik və səbəbsiz yorğunluq kimi əlamətləri olan şəxslərdə ürək çatışmazlığını digər səbəblərdən ayırmağa kömək edir. BNP-nin 35 pg/ml-dən, NT-proBNP-nin isə 125 pg/ml-dən aşağı olması ürək çatışmazlığı ehtimalını əhəmiyyətli dərəcədə azaldır.

BNP ürək mədəciklərində yaranan təzyiq və gərginliyə cavab olaraq əvvəlcə proBNP şəklində sintez edilir, daha sonra BNP və NT-proBNP-yə ayrılır. Bu maddələr damarların genişlənməsinə, böyrəklərdən duz və maye ifrazının artmasına və nəticədə ürəyin yükünün azalmasına kömək edir.

BNP səviyyəsinin yüksək olması hər zaman ürək çatışmazlığı demək deyil. Ürək ritm pozğunluqları, kəskin koronar sindrom, ağciyər emboliyası, böyrək çatışmazlığı, ağciyər hipertenziyası və yaşın artması da BNP-ni yüksəldə bilər. Piylənmə zamanı isə göstərici olduğundan aşağı ola bilər.

BNP və NT-proBNP eyni maddə deyil və onların orqanizmdə qalma müddəti, xaric olunması və bəzi dərmanlardan təsirlənməsi fərqlidir. Buna görə analiz nəticələri yalnız klinik əlamətlər, müayinə və digər müayinələrlə birlikdə qiymətləndirilməlidir.

Yüngül təngnəfəslik, ayaqlarda şişkinlik və səbəbsiz yorğunluq zamanı həkimə müraciət etmək tövsiyə olunur. Güclü və istirahətdə də davam edən təngnəfəslik, qəfil döş qəfəsi ağrısı, huşun bulanması və sürətlə artan ödem zamanı isə təcili tibbi yardım tələb olunur.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə