Yeni ağıllı dərman ölümcül xəstəliyə qarşı mübarizədə dönüş nöqtəsi oldu
03.07.2026 13:47

Uzun illərdir ən ölümcül onkoloji xəstəliklərdən biri hesab olunan mədəaltı vəzi (pankreas) xərçənginin müalicəsi ilə bağlı elm dünyasından ümidverici xəbərlər gəlir.

 

Aztibb.az “Posta” nəşrinə istinadən yazır ki, İstanbulda keçirilən 58-ci EPC/IAP Birgə Konqresində 46 ölkədən 1200-dən çox mütəxəssis bir araya gələrək xəstəliyin gələcəyini dəyişəcək yenilikləri müzakirə ediblər.

 

Konqresdə xüsusilə Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) toplantısında açıqlanan və dünya tibb aləmində böyük rezonans doğuran son araşdırmanın nəticələri təhlil edilib. Dünyada hər il təxminən 510 min insana mədəaltı vəzi xərçəngi diaqnozu qoyulur və xəstəlik erkən mərhələdə simptomsuz irəlilədiyi üçün çox vaxt gec aşkarlanır. Lakin konqresin sədri, Avropa Pankreas Assosiasiyasının rəhbəri, professor Güralp Onur Ceyhanın sözlərinə görə, təqdim olunan yeni hədəfəyönümlü (ağıllı) dərman vasitəsi bu mənfi mənzərəni tamamilə dəyişmək gücündədir və mədəaltı vəzi xərçənginin tədqiqatında tarixi bir dövrün əsasını qoyur.

 

Yeni KRAS inhibitoru (bədxassəli hüceyrələrin bölünməsini bloklayan maddə) ilk kimyaterapiya kursu uğursuz olan metastazlı xəstələrdə, əlavə kimyaterapiyaya ehtiyac qalmadan, sağ qalma müddətini təxminən iki dəfə artırır. Üstəlik, xəstələrin ağrıları azalır, həyat keyfiyyəti yüksəlir və müalicə gündə cəmi bir tablet qəbulu ilə həyata keçirilir.

 

Professor Q.O. Ceyhan qeyd edib ki, hazırda bu preparatın kimyaterapiya ilə birgə, eləcə də cərrahi əməliyyatdan əvvəl və sonra tətbiqinə dair araşdırmalar davam edir. Alimlərin əsas hədəfi təkcə ömrü uzatmaq deyil, gələcəkdə pasiyentlərin tam sağalmasına nail olmaqdır.

 

Elmi proqnozlara görə, növbəti 10-20 il ərzində, vaxtilə süd vəzi xərçəngində olduğu kimi, mədəaltı vəzi xərçəngi də qorxulu xəstəlik olmaqdan çıxacaq, o, ya tam müalicə ediləcək, ya da uzun illər nəzarətdə saxlanılan xroniki bir xəstəliyə çevriləcək.

 

Heidelberg Universiteti Hospitalının tibbi direktoru, professor Patrik Mixl də ASCO 2026-da elan edilən bu beynəlxalq araşdırmanın mədəaltı vəzi xərçənginin müalicəsində illərdir gözlənilən dönüş nöqtəsi olduğunu vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev