Süni intellekt və gen terapiyaları gələcəyə ümid verir - ALS ilə mübarizədə yeni mərhələ
08.07.2026 14:42

Nevrologiya mütəxəssisi Dr. Nurten Ölməz uzun illər ərzində Amyotrofik Lateral Skleroz (ALS) xəstəliyinin müalicə seçimlərinin məhdud qaldığını, lakin son dövrlərdə süni intellekt dəstəkli modelləşdirmələr, gen terapiyaları və sinir hüceyrələrini qorumağa yönəlmiş yeni nəsil müalicə üsullarının gələcəyə dair böyük ümidlər verdiyini bildirib.

 

Aztibb.az “Medimagazin”ə iastinadən yazır ki, ALS-in hərəkət etməyimizi təmin edən motor sinir hüceyrələrini zədələyən, proqressivləşən (irəliləyən) nevroloji xəstəlik olduğunu qeyd edən mütəxəssis, cəmiyyətdə yanlış bilinən bəzi məqamlara aydınlıq gətirib. O, ALS-in bir əzələ xəstəliyi olmadığını, birbaşa motor neyronların patologiyası olduğunu və xəstələrin böyük hissəsində toxunma, ağrı, eləcə də temperatur hissinin tam qorunduğunu vurğulayıb. Xəstəliyin ilk əlamətləri hər fərddə eyni şəkildə başlamır; əldə gücsüzlük, yeriyərkən ayağın ilişməsi, nitq pozuntusu və ya udma çətinliyi ilk siqnallar ola bilər.

 

Dr. Ölməz ALS-in yalnız yaşlı şəxslərdə görülməsi, xəstələrin heç nə hiss etməməsi və ya intellektual funksiyaların mütləq pozulması barədə fikirlərin həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb: "Hər bir pasiyentin qısa müddətdə bütün funksiyalarını itirməsi qaçılmaz deyil, çünki xəstəliyin gedişatı və irəliləmə sürəti fərdi xarakter daşıyır. Erkən diaqnostika, müntəzəm təqib və multidissiplinar (çoxsahəli) yanaşma sayəsində xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkündür".

 

Ekspert qeyd edib ki, müalicə prosesində fizioterapiya və reabilitasiya, tənəffüs və qidalanma dəstəyi, nitq köməkçiləri, eləcə də göz hərəkətləri ilə işləyən xüsusi kommunikasiya sistemləri pasiyentin gündəlik həyatını asanlaşdırır. Hərəkət qabiliyyəti azalsa da, ALS xəstələri düşünməyə, hiss etməyə, sevməyə və qərar qəbul etməyə davam edirlər; buna görə də ailə qayğısı, sosial həmrəylik və psixoloji dəstək müalicənin ayrılmaz tərkib hissəsidir.

 

Son dövrlərdə aparılan klinik araşdırmalar isə birbaşa qüsurlu genləri hədəf alan innovativ gen terapiyalarına və sinir hüceyrələrinin ölümünün qarşısını almağı hədəfləyən neyroprotektiv molekulyar yanaşmalara fokuslanaraq, ALS ilə mübarizədə tamamilə yeni bir mərhələnin əsasını qoyur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev