Mərkəzi Gömrük Hospitalında “Elektron resept” tətbiqinin istifadə dairəsinin genişləndirilməsi məqsədilə maarifləndirici seminar keçirilib
02.07.2026 15:15

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Elektron resept” tətbiqinin istifadə dairəsinin genişləndirilməsi məqsədilə maarifləndirici seminar keçirilib.


Bu məlumat Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilib.

 

Bildirilib ki, seminarın əsas məqsədi elektron resept sisteminin tətbiq imkanlarının genişləndirilməsi, səhiyyə işçilərinin sistemdən səmərəli istifadə bacarıqlarının artırılması, elektron reseptləşdirmə prosesində vahid yanaşmanın formalaşdırılması, həmçinin rəqəmsal səhiyyə həllərinin gündəlik tibbi praktikaya inteqrasiyasına dəstək göstərilməsi olub.


Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev salamlama nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətindən bəhs edib. O, elektron resept sisteminin səhiyyədə rəqəmsal transformasiyanın mühüm tərkib hissəsi olduğunu vurğulayaraq, bu tətbiqin dərman təyinatının təhlükəsizliyinin artırılmasına, tibbi sənədləşmənin təkmilləşdirilməsinə və tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini bildirib. İsmayıl Əfəndiyev maarifləndirici seminarın elektron resept sisteminin praktik tətbiqinin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edərək iştirakçılara uğurlar arzulayıb.


Daha sonra çıxış edən Mərkəzi Gömrük Hospitalının Alqı-satqı və təchizat şöbəsinin provizor-texnoloqu Sevinc Qurbanova qeyd edib ki, elektron resept sisteminin tətbiqinin genişləndirilməsi dərman vasitələrinin təyinatı prosesinin daha şəffaf və operativ həyata keçirilməsinə, məlumatların vahid elektron sistem üzərindən idarə olunmasına və tibb işçilərinin iş prosesinin optimallaşdırılmasına mühüm töhfə verir.


Seminar çərçivəsində elektron resept sisteminin funksional imkanları, tətbiq mexanizmləri, normativ-hüquqi tələblər, reseptlərin elektron qaydada tərtib olunması, sistemdən istifadə zamanı rast gəlinən praktiki məsələlər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb. Seminar elektron resept sistemindən istifadə qaydaları barədə video-təlimatın izlənilməsi ilə yekunlaşıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub   
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
 Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib   
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb