Beynəlxalq təşkilatların iştirakı ilə Gəncədə simulyasiya təlimi
02.07.2026 16:28
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Gəncə şəhərində dabaq və digər transsərhəd heyvan xəstəliklərinə dair simulyasiya təlimi keçirilib.
 
AQTA-dan Aztibb.az-a bildirilib ki, təlimin məqsədi heyvan xəstəliklərinin erkən aşkarlanması, operativ reaksiya tədbirlərinin təşkili, səyyar laborator diaqnostikanın tətbiqi və mütəxəssislərin praktiki bacarıqlarının artırılmasıdır.
 
Göygöl rayonunun Yeni Qızılca kəndində yerləşən heyvandarlıq təsərrüfatında keçirilən praktik məşq zamanı xəstəliyə şübhəli halların araşdırılması, epizootoloji qiymətləndirmə, laborator müayinələr, xəstə heyvanların təcridi, zərərsizləşdirilməsi və dezinfeksiya tədbirləri praktiki şəkildə icra edilib.
 
Təlimdə FAO ekspertləri, Respublika üzrə Epizootiya Əleyhinə Fövqəladə Komissiyada təmsil olunan aidiyyəti dövlət qurumlarının nümayəndələri, eləcə də Qazaxıstan, Qırğızıstan, Gürcüstan və Özbəkistandan gələn mütəxəssislər iştirak ediblər.
 
Bu cür simulyasiya təlimləri ölkədə xüsusi təhlükəli heyvan xəstəliklərinə hazırlığın gücləndirilməsi, beynəlxalq tələblərə uyğun nəzarət sisteminin təkmilləşdirilməsi və gələcəkdə Azərbaycanın dabaq xəstəliyindən azad zona statusu əldə etməsinə töhfə verir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev