Azərbaycan Tibb Universitetinin nümayəndə heyəti Ankara Universitetində işgüzar səfərdə olub  
01.07.2026 12:07

 

Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti Türkiyənin Ankara Universitetində işgüzar səfərdə olub. 

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

İkitərəfli əməkdaşlığa əsaslanan səfər çərçivəsində universitetin Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyevanın rəhbərlik etidyi nümayəndə heyəti (fakültənin əməkdaşları - dosent Şəhla Yusubova, dosent Hənifə Musayeva) ilə Ankara Universitetinin (AU) rektoru, professor Necdet Ünüvar arasında görüş keçirilib. 

 

ATU ilə əlaqələrin uğurlu inkişafına yönələn görüşdə nümayəndə heyəti AU-nun Diş həkimliyi fakültəsində elmi - pedoqoji fəaliyyətlə tanışlıqla bərabər, beynəlxalq stomatologiyanın aktual problemləri, o cümlədən qlobal miqyasda bu sahədə ən son tibbi texnologiyaların, elmi yeniliklər və beynəlxalq tədris standartlarının tətbiqi və s. məsələlərlə bağlı fikir mübadiləsi aparıb. 

 

Görüşdən sonra ATU əməkdaşları fakültənin klinik bazası, elmi-tədqiqat infrastrukturu, tədris prosesi ilə də yaxından tanış olub. 

 

Qeyd edək ki, universitetlər arasında səmərəli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və inkişafını tənzimləyən bir neçə mühüm saziş və memorandum mövcuddur. Bu əməkdaşlıq çərçivəsində gerçəkləşdirilən səfər Azərbaycan Tibb Universiteti ilə Ankara Universiteti arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və gələcək birgə layihələrin həyata keçirilməsinə xidmət edir. 

 
 
 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır