Quba rayonunun Qonaqkənd kəndində səyyar tibbi müayinələr təşkil edilib
30.06.2026 12:29

Quba Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb işçilərindən ibarət səyyar briqadanın iştirakı ilə rayonun Qonaqkənd kənd sakinləri üçün tibbi müayinə həyata keçirilib.

 

Aztibb.az-a Quba RMX-dan verilən məlumata görə, müayinələrdə pediatr, şüa-diaqnostika həkimi, laborant, mama-ginekoloq, oftalmoloq, nevropatoloq, terapevt və cərrah iştirak edib. Kənd sakinləri instrumental-diaqnostik müayinələrdən keçirilib, onlardan laborator analizlər götürülüb və aparılan müayinələrə əsasən müalicə təyin edilib.

 

Səyyar tibbi müayinələr zamanı 9-u uşaq, 48 nəfər 18 yaşdan yuxarı olmaqla, ümumilikdə 67 nəfər kənd sakini cəlb edilib. Sakinlərə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 205 adda tibbi xidmət göstərilib.

 

Qeyd edək ki, tibbi müayinələrin əsas məqsədi ahıl və həssas qruplara daxil olan əhalinin tibbi xidmətə əlçatanlığını təmin etmək, TƏBİB-in və icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işləri aparmaqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır