ATU-nun iki kafedrasının birgə apardığı tədqiqat müsbət nəticəsini verib
30.06.2026 16:52

 

Azərbaycan Tibb Universitetinin (ATU) Ümumi cərrahlıq və Radiologiya kafedraları əməkdaşlarının kəskin xolesistitlərlə bağlı birgə apardıqları elmi araşdırmalar öz müsbət nəticəsini verib.

 

Aztibb.az-a ATU-dan verilən məlumata görə, kəskin daşlı xolesistitin destruktiv formalarının inkişafını proqnozlaşdıran üsul işlənib hazırlanaraq klinik praktikaya tətbiq edilib. Öd kisəsindəki destruktiv dəyişiklikləri vaxtında proqnozlaşdırmağa imkan verən bu üsula -  050036 saylı ixtiraya Avrasiya Patenti alınıb.

 

Bu patologiya ilə bağlı Avrasiya Patenti alan ikinci üsul da destruktiv xolesistitə daha erkən dövrdə diaqnoz qoymağa imkan verir.

 

Həmçinin, bu iki kafedra əməkdaşlarının təxirəsalınmaz situasiyalada öd kisəsinin exoqrafik parametrlərindən və periferik qanın klinik analizi əsasında hematoloji inteqral indekslərdən istifadə etməklə işlənib hazırladıqları kəskin xolesistitin klinik formalarının differensial diaqnostikası üsulu da klinik praktikada özünü tam doğruldub. Bu üsula da - 053498 saylı ixtiraya Avrasiya Patenti alınıb.

 

Aparılmış elmi-tədqiqat işlərinin nəticəsinin bir hissəsi İtaliyanın Milan şəhərində impakt dərəcəsi Q2 olan “Journal of Circulation Biomarkers” adlı jurnalda dərc edilib.

 

Hepatobiliar cərrahlığın aktual problemi olan xoşxassəli mexaniki sarılığın klinik gedişinin proqnozlaşdırılması sahəsində aparılan elmi araşdırmaların nəticəsi hesabına bu ilin iyun ayının 19-da 053778 saylı İxtiraya Avrasiya Patenti alınıb.

 

Təklif olunan üsulların müəllifləri professorlar - Cabbar Hacıyev, Novruz Hacıyev, Məlahət Sultan, dosentlər -  Vidadi Allahverdiyev, Elman Tagısoy, İsmayıl Qafarov, Şəhla Qasımova və ass. Nəcibə Eynullyevadır.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır