ATU-da təhsil alan əcnəbi tələbələrdən maraqlı təşəbbüs – Məzun günü
30.06.2026 08:58

Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan əcnəbi tələbələr maraqlı təşəbbüslə çıxış ediblər. Universitetin tələbələri - Faysal Badavi, Hayat Abdella, Mohamed Kayalı, Afaq Mustafa, Obida Almustafanın təşkilatçılığı ilə tələbələr arasında “Buraxılış mərasimi” öncədən qeyd olunub. 

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

ATU-da təhsil alan müxtəlif ölkələr, xüsusən Suriya, Hindistan və Pakistan olmaqla, 15 xarici ölkə vətəndaşlarından ibarət 133 məzun tələbənin iştirak etdiyi mərasim Azərbaycanın  milli rəqsi ilə acıq elan edilib. 

 

Mərasimə tələbələr öz ölkələrinin səfirliklərindən nümayəndələri, ATU fakültə dekanları, müəllimlərini də dəvət ediblər. Dəvəti qəbul edən Sudan Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa, İordaniya Haşimilər Krallığının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar və digər səfirlik nümayəndələri ilə yanaşı, tədbirə 100-ə yaxın məzunun valideyin və qohumları qonaq qismində qatılıblar.  
   Tədbirdə Azərbaycan Tibb Universitetindən Xarici təhsilalanlarla iş üzrə dekan müavini, dosent Niyazi Hacızadə iştirak edərək, qonaqları salamlayıb. Maraqlı təqdimatlarla davam edən mərasim məzunların Hipokrat andi ilə başa çatıb. 

 

Qeyd edək ki, Azərbaycan Tibb Universitetində (ATU) Məzun Günü tədbirinin 10 iyul 2026-cı il tarixdə “Baku Marriott Hotel Boulevard”-da təşkil olunması nəzərdə tutulur. 2025/2026-cı tədris ilində Azərbaycan Tibb Universitetinin 7 ixtisas üzrə 1223 tələbəsi məzun olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır