Yenidoğulmuşlarda bunun zamanında aşkarlanması zəruridir - Həkim  
20.11.2020 13:47

Yenidoğulmuşlarda yaranan respiratuar distres sendromu, tranzitor taxipnoesi, neonatal pnevmoniya, pnevmotoraks, yaş ağciyər xəstəliyi, ağciyərin anadangəlmə patologiyaları, bronxopulmonar displaziya, mekonium aspirasiya sindromu, kongenital malformasiyalar, diafragma hernisi, abdominal patologiyalar, qaraciyərin kistik anadangəlmə patologiyaları və xüsusən də günümüzün bəlası olan COVID-19 pandemiyası zamanı yenidoğulmuşun pnevmoniyası diaqnozunun zamanında qoyulması çox vacibdir.

 

Aztibb.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloqu Dr.Telman Aytayev yenidoğulmuşlarda rast gəlinən bütün xəstəliklərin diaqnozunda rentgenoloji müayinənin əhəmiyyəti və ağciyərlərinin müayinəsində diqqət edilməsi zəruri olan məqamlar haqqında təqdimatda danışarkən deyib.

 

O, bildirib ki, erkən diaqnoz və müalicə xəstəliyə son qoyur. Sağlam cəmiyyət üçün sağlam uşaq böyüdək.

 

Təqdimat yenidoğulmuşların yumşaq toxumaları ve sümükləri, rentgenoloji müayinənin çəkilmə texnikası ilə bağlı məlumatlarla davam edib.

 

Dr.Telman Aytayev çıxışında real təcrübəmizdən istifadə edərək Mərkəzi Gömrük Hospitalında müayinə olunan balaca pasiyentlərin rentgenoloji görüntlərindən istifadə edərək, rastlaşdığı nadir hallar haqqında məlumat verib. Çıxışın sonunda Dr.Telman Aytayev iştirakçıların suallarını cavablandırıb və mövzu ətrafında müzakirə aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib