Tibbdə inqilabi addım: Siyam əkizləri süni intellekt sayəsində ayrıldı  
23.06.2026 16:15

Kəllə sümükləri, beyin toxumaları və qan damarları bir-birinə bitişik halda dünyaya gələn Mersi və Qudnes adlı əkiz bacılar uzun saatlar davam edən unikal cərrahiyyə əməliyyatı sayəsində uğurla ayrılıblar. Nigeriyanın Ekiti ştatında doğulan bu siyam əkizlərinin xilas edilməsini altı aylıq olduqları vaxtdan etibarən analoji körpələrə yardım edən Böyük Britaniyanın "Gemini Untwined" xeyriyyə təşkilatı öz üzərinə götürüb.

 

Bu barədə Aztibb.az nypost.com-a istinadla xəbər verir.

Tibb elmində baş nahiyəsindən bitişik doğulan belə uşaqlar kraniopaqlar adlanır ki, bu növə bütün siyam əkizlərinin cəmi 5 faizində rast gəlinir və bu, dünyada hər altı milyon doğuşdan birində qeydə alınan nadir anomaliyadır. Böyük Britaniya, BƏƏ, Braziliya və Nigeriyadan olan 60 nəfərlik yüksək ixtisaslı mütəxəssis qrupu körpələrin 19 aylığı tamam olduqdan sonra mərhələli müalicəyə başlayıblar. Onlar dörd ay ərzində ümumi müddəti 40 saata bərabər olan bir neçə ağır əməliyyat həyata keçiriblər.

 

Əbu-Dabi tibb mərkəzində baş tutan və düz 12 saat davam edən final əməliyyatında həkimlər hər addımı qabaqcadan dəqiqliklə hesablamaq üçün süni intellekt, 3D modelləşdirmə, virtual və artırılmış reallıq texnologiyalarından istifadə ediblər. Bu innovativ üsul sayəsində beyindəki venaları və arteriyaları zədələmədən ayırmaq üçün qüsursuz hərəkət planı qurulub. Cərrahlar həmçinin süni intellektin köməyi ilə qızların başına silikon dəri ekspanderləri yerləşdiriblər ki, bu da dərinin təbii şəkildə dartılaraq genişlənməsinə və yeni yaranan kəllə sümüklərini tam örtməsinə şərait yaradıb. Beləliklə, xəstələrə əlavə dəri köçürülməsinə ehtiyac qalmayıb.

 

Sözügedən əməliyyat sözügedən xeyriyyə şirkətinin praktikasında doqquzuncu uğurlu icraat olmaqla yanaşı, mürəkkəb cərrahiyyədə süni intellektin imkanlarından istifadə baxımından tibb tarixinə düşəcək mühüm bir addımdır. Artıq tam sağalan balaca bacılar öz evlərinə, Nigeriyaya geri dönüblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır