Kağız stəkanlardan istifadə sağlamlıq üçün zərərlidir - Araşdırma  
20.11.2020 12:34

Hind alimləri müəyyən ediblər ki, çay və ya qəhvənin kağız stəkanlar vasitəsilə qəbulu olduqca təhlükəlidir. Stəkanın qoruyucu qatından isti içki ilə əlaqə zamanı mikroplastik hissəciklər və ağır metalların ionları ayrılır.

 

Aztibb.az ria.ru-ya istinadla xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Hazardous Materials"da dərc edilib.

 

Hind Texnologiya İnstitutunun alimləri kağız stəkanların nə dərəcədə təhlükəli olduğunu yoxlayıblar.

Bunun üçün tədqiqatçılar 85-90 dərəcə Selsidə ultratəmiz suyu kağız stəkana töküblər və 15 dəqiqə gözləyiblər, sonra isə fluoressensiya mikroskopunun altında onu təhlil ediblər.

 

Məlum olub ki, 15 dəqiqə ərzində (bir isti içkinin istifadəsinə insanın təxminən bu qədər vaxtı gedir) stəkanın daxili plastik qatı mikronluq ölçüdə 25 min mikrozərrəciyi suya keçirir.

 

"Nəzərə alsaq ki, orta statistik insan kağız stəkanlardan istifadə edərək gündə üç fincan çay və ya qəhvə içir, o, nəticədə 75 min kiçik mikroplastik hissəcik udmuş olur", - deyə tədqiqatının rəhbəri, dosent Sudha Qoel bildirib.

 

Alimlər qeyd edirlər ki, sağlamlıq üçün ziyandan əlavə, plastik kütlənin nazik qatı ilə örtülmüş kağız stəkanlar ətraf mühiti də çirkləndirirlər.

 

Müəlliflər  kağız stəkanların örtüsü üçün alternativ olaraq bitki əsaslı, bioloji parçalana bilən qeyri-neft təbəqəsindən istifadə etməyi təklif edirlər. Bunun üçün polibutilensuksinatdan (PBS) istifadə oluna bilər, lakin ekoloji təmiz stəkanların dəyəri adi stəkanlardan iki dəfə daha baha olacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib