Mikrob əleyhinə preparatların düzgün tətbiq edilməməsi insanların və heyvanların kütləvi məhvinə səbəb olur
20.11.2020 10:46

Bu gün bir çox bakteriyalar, viruslar, göbələklər və parazitlər dərmanlara qarşı müqavimət qazanaraq ümumi infeksiyaların müalicəsini çətinləşdirir və xəstəliklərin insanlar, heyvanlar arasında və bitki aləmində sürətlə yayılmasına səbəb olur. Bu, qismən antibiotiklərdən və digər antivirus və göbələk əleyhinə preparatlardan həddindən artıq və ya düzgün istifadə edilməyəndə baş verir.

 

Nəticədə hər il infeksiyalardan, mikrob əleyhinə davamlı preparatlardan istifadə edən təxminən 700 minə yaxın insan həyatını itirir, saysız-hesabsız xəstə heyvanlar məhv olur.

 

AZƏRTAC bu barədə BMT-nin Xəbərlər Xidmətinə istinadla bildirir.

 

BMT-nin himayəsi altında Ümumdünya Mikrobla Mübarizə Həftəsi başlayıb. Həftənin təşkilatçıları xatırladırlar ki, antibiotiklər də daxil olmaqla bütün antimikrob preparatlar həm insanlar, həm də heyvanlar arasında xəstələnmə və ölüm səviyyəsinin azaldılmasında mühüm rol oynayır. Ancaq son illərdə bu qrupun preparatları öz effektivliyini itirib.

 

Məsələ ondadır ki, həkimlər və baytarlar həmin preparatları xüsusi ehtiyac olmadan tez-tez təyin edirlər. Habelə onlar fermerlər və aqronomlar tərəfindən həddindən artıq istifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, antibiotiklərin təxminən 50 faizi təyinatı üzrə istifadə edilmir. Məsələn, antibiotiklərin yalnız bakterial infeksiyaların müalicəsinə kömək etməsinə baxmayaraq, onları çox vaxt virus infeksiyalarının müalicəsi üçün təyin edirlər.

 

Bütün bunlar antibiotiklərə qarşı davamlı mikrobların sayının artmasına kömək edir. Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspertləri 2050-ci ilə qədər bu vəziyyətin ildə milyonlarla insanın ölümünə və böyük iqtisadi itkilərə səbəb ola biləcəyindən narahatdırlar.

 

Son illərdə BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) antibiotiklərdən sui-istifadəyə qarşı mübarizə proqramlarını fəal şəkildə tətbiq edirlər.

 

FAO, ÜST və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının himayəsi altında 2020-ci ilin may ayında keçirilmiş toplantıda diqqətin antibiotiklərdən daha əhatəli olan “antimikrob preparatlar” termininə yönəldilməsi qərara alınıb.

 

Müşavirənin iştirakçıları 2020-ci ildən etibarən antimikrob preparatlardan düzgün istifadə üzrə Ümumdünya Məlumatlandırma Həftəsinin hər il noyabrın 18-dən 24-dək keçirilməsi barədə razılığa gəliblər. Qeyd edək ki, 2020-ci il kampaniyası “Antimikrob preparatlar ehtiyatlı rəftar tələb edir!” şüarı altında keçirilir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib