“AzərEnerji” ASC-də qanvermə aksiyası: “Qan bağışlamaq həyat qurtarır!”
16.06.2026 15:02

Səhiyyə Nazirliyinin Respublika Qan Bankı Publik Hüquqi Şəxsin təşəbbüsü, “AzərEnerji” ASC-nin təşkilatçılığı ilə “Qan bağışlamaq həyat qurtarır!” devizi altında qanvermə aksiyası keçirilib. 

 

“Azərenerji” ASC-dən Aztibb.az-a verilən xəbərə görə, qurumunn Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Kompleksinin binasında keçirilən qanvermə aksiyasında Səhmdar Cəmiyyətin 100-dən artıq əməkdaşı iştirak edib.  Qanvermə aksiyasında toplanan qan talassemiya və hemofiliyalı, eləcə də qana ehtiyacı olan digər xəstələrin qan çatışmazlığının aradan qaldırılması üçün nəzərdə tutulub.   

 

Aksiyada iştirak edən donorlar qanvermədən öncə Respublika Qan Bankı Publik Hüquqi Şəxsin tibbi heyətinin bütün tibbi yoxlanışlarından keçdikdən sonra qan veriblər. 

 

Qeyd edək ki, 2005-ci ilin fevral ayında birinci xanım Mehriban Əliyeva “Talassemiyasız həyat Naminə” proqram layihəsinin başlanmasını elan edəndən bəri “Azərenerji” ASC də bu layihənin ən fəal davamçılarından birinə çevrilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır