Neyroşəbəkələr “rəqəmsal amneziyanı” necə yaradır? - Süni intellektin əks üzü
15.06.2026 14:21

İnsanlar neyroşəbəkələrdən nə qədər çox istifadə edirsə, məlumatı bir o qədər pis yadda saxlayırlar. Kliniki psixoloq İrina Qrekovanın izahına görə, bunun səbəbi beynin “tənbəlləşməsi”dir.

 

Aztibb.az "Life" portalına istinadən yazır ki, araşdırmaya görə asanlıqla əldə edilən məlumatı beyin dəyərli hesab etmir.

 

Əvvəllər lazım olan məlumatları oxumaq, konspekt etmək və ucadan təkrar etmək tələb olunurdu. Məhz bu cür zehni səylər biliklərin illərlə yadda qalmasını təmin edirdi. İndi isə beyin bu funksiyanı yəni rəqəmsal cihazlara “ötürüb”.

 

Psixoloqun sözlərinə görə, beyin məlumatın özünü deyil, onun harada tapılacağını, yəni interneti yadda saxlayır. Buna əlavə olaraq informasiya yüklənməsi də var. İnsanlara əvvəlkindən dəfələrlə çox mətn, audio və video çatır və psixika özünü qorumaq üçün bir hissəsini süni intellektə həvalə edir.

 

“Beyin hələ bütün bu informasiyanı emal edib uzunmüddətli yaddaşa çevirməyə uyğun səviyyədə təkamül etməyib. Psixika bizi yüklənmədən qoruyur və rəqəmsal cihazlardan gələn böyük informasiya axınını sadəcə sıxışdırıb çıxarır”, — deyə ekspert müsahibəsində bildirib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Oromandibulyar distoniya nədir?
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə