Çində həkimlər ilk dəfə insana eyni vaxtda donuzun qaraciyərini və hər iki böyrəyini köçürüblər
10.06.2026 11:33

 

Çinli həkimlər dünyada ilk dəfə olaraq beyin ölümü təsdiqlənmiş insana eyni anda bir neçə donuz orqanının transplantasiyasını həyata keçiriblər. 

 

Aztibb.az "South China Morning Post" nəşrinə istinadən yazır ki, eksperiment təxminən beş gün davam edib.

 

Məlumata görə, tədqiqat donuzun bütöv qaraciyərinin insana ortotopik transplantasiyasının, eləcə də hər iki böyrəyin eyni vaxtda köçürülməsinin mümkünlüyünə dair ilkin elmi sübutlar təqdim edir.

 

Əməliyyat Çindəki Guangxi Tibb Universitetinin İkinci Xəstəxanası mütəxəssisləri tərəfindən həyata keçirilib. Pasiyent beyin ölümü diaqnozu qoyulmuş 53 yaşlı kişi olub. Transplantasiyadan sonra köçürülən orqanlar təxminən beş gün ərzində fəaliyyət göstərib. Daha sonra pasiyentin ailəsinin qərarı ilə eksperiment dayandırılıb.

 

Bundan əvvəl oxşar tədqiqatlar əsasən ayrı-ayrı donuz orqanlarının insanlara köçürülməsi ilə məhdudlaşırdı. Çünki bir neçə orqanın eyni vaxtda transplantasiyası daha mürəkkəb hesab olunur və orqanizmin onları rədd etməsi riski daha yüksəkdir.

 

Araşdırmanın müəllifləri vurğulayıblar ki, əldə edilən nəticələr hələlik ilkin xarakter daşıyır və gələcək klinik sınaqlarla təsdiqlənməlidir. Mütəxəssislər çoxorqanlı ksenotransplantasiya istiqamətində tədqiqatları davam etdirməyi və bu üsulu oxşar diaqnozu olan digər pasiyentlər üzərində də sınaqdan keçirməyi planlaşdırırlar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub