Zaqafqaziya əhalisinin üz yumşaq toxuma qalınlığına dair ilk məlumat bazası yaradılıb  
08.06.2026 15:34

Azərbaycan Tibb Universiteti (ATU) əməkdaşları Cənubi Qafqaz əhalisinin üz yumşaq toxuma qalınlığına dair ilk məlumat bazasını yaradıblar.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

Bildirilib ki, tədqiqatın nəticələri ilə bağlı elmi məqalə “Google Scholar”, “PubMed”, “Scopus” və “Web of Science” beynəlxalq elmi bazalarında indekslənən və Q1 kateqoriyasına daxil olan (impakt faktoru 2,6) nüfuzlu “Plos one” jurnalında dərc edilib. “Azərbaycan yetkin əhalisinin üz yumşaq toxuma qalınlığı məlumat bazası: KT tədqiqatı” adlı elmi məqalə universitetin Ağız və Üz-Çənə Cərrahiyyəsi kafedrasının dosenti Nigar Sultanova, Radiologiya kafedrasının dosenti Rasım Bayramov və rezident Nərmin Məhərrəmli tərəfindən hazırlanıb.

 

Tədqiqatın əsas məqsədi Azərbaycan yetkin əhalisi üçün üz yumşaq toxuma qalınlığı (ÜYTQ) məlumat bazasının yaradılması, eləcə də ÜYTQ ilə cins, yaş və bədən kütlə indeksi (BKİ) arasındakı əlaqənin öyrənilməsi olub. Üç il ərzində aparılan və müxtəlif yaş qruplarını əhatə edən araşdırma 300 kompüter tomoqrafiyası (KT) müayinəsi üzərində həyata keçirilib.

Araşdırma zamanı üzün 20 anatomik nöqtəsində yumşaq toxumaların qalınlığı ölçülüb. Əldə olunan nəticələr məhkəmə tibb ekspertizasında kəllə-üz rekonstruksiyası və şəxsiyyətin identifikasiyası, antropoloji tədqiqatlar, plastik və üz-çənə cərrahiyyəsində əməliyyatların planlaşdırılması, həmçinin ortodontik müalicənin aparılması üçün mühüm əhəmiyyət kəsb edir.

 

Tədqiqatın nəticələri həm ölkəmizdə, həm də beynəlxalq elmi ictimaiyyətdə məhkəmə antropologiyası, radiologiya və üz-çənə cərrahiyyəsi sahələrində aparılan gələcək araşdırmalar üçün dəyərli elmi mənbə hesab olunur.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir