ATU-da tibb ixtisasları üzrə yeni tədris proqramlarının ilkin müzakirəsi keçirilib  
04.06.2026 15:05

Azərbaycan Tibb Universitetində (ATU) tibb ixtisasları üzrə yeni tədris proqramlarının ilkin müzakirəsi məqsədilə geniş tərkibdə görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılan Komissiyada "Əsas (baza ali) tibb təhsili səviyyəsi və Səhiyyə ixtisasları qrupu" üzrə İşçi Qrupunun həmsədrləri - ATU-nun rektoru, professor Gəray Gəraybəyli və həmsədr Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın rəhbərliyi ilə baş tutan görüşdə komissiya üzvləri, əmək bazarının nümayəndələri, eyni zamanda hər ixtisas üzrə məzun kursların tələbələri iştirak ediblər.

 

Tədbirdə “Ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların təsnifatı”nın təsdiq edilməsinə toxunan rektor Gəray Gəraybəyli ali təhsil proqramları və tədris prosesinin yenilənməsi zərurəti, o cümlədən qlobal müstəvidə baş verən dəyişikliklər və beynəlxalq təcrübə əsasında tədris planlarının təkmilləşdirilməsi, mövcud proqramların müasir əmək bazarının tələblərinə uyğunlaşdırılmasını vacib edən məqamlara aydınlıq gətirib.

 

Qeyd olunub ki, yeni tibb ixtisas proqramlarının tətbiqində əsas məqsəd tələbələrin bacarıqlarının daha da inkişaf etdirilməsi, təhsil keyfiyyətinin yüksəldilməsi, səhiyyə sistemi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilidir.

 

Daha sonra görüşdə bakalavr pilləsində Qidalanma və Dietologiya ixtisası üzrə hazırlanan tədris proqramı Komissiya üzvlərinin diqqətinə çatdırılıb. Həmçinin 1 nömrəli Bakı Tibb və 2 nömrəli Bakı Baza Tibb kolleclərinin təqdim etdiyi tədris proqramları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

 

Görüşdə müzakirələr zamanı səsləndirilən müxtəlif fikir və təkliflərin də nəzərə alınaraq, proqramlara yenidən baxılması və qısa zamanda yekun rəyin verilməsi qərara alınıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır