Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
04.06.2026 10:36

Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, tədbirdə institutda inzibati və təsərrüfat sahələri üzrə aparılan işlərin hesabatı dinlənilib.

 

İclasda hesabat dövrü ərzində mövcud çətinliklərə baxmayaraq, inzibati-təsərrüfat sahəsində mühüm nəticələrin əldə olunduğu qeyd edilib.

 

Elmi Şurada, həmçinin institut həyatı üçün digər vacib məsələlər də müzakirə edilib.

 

İnstitutun rektoru professor Nazim Pənahov öz çıxışında qəbul edilmiş qərarların institutun inkişafı üçün çox önəmli olduğunu vurğulayıb.

 

Rektor bildirib ki, institutda aparılan struktur yenilənmələri, son illərdə plastik cərrahiyyə ixtisasına qoyulan tələblərin artması və institutun nəzdində ölkədə yeganə olan Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının olması ilə əlaqədar yeni Plastik və rekonstruktiv cərrahiyyə kafedrasının yaranması zərurətini ortaya qoyub.

İclasda institutun Ümumi və Plastik Cərrahiyyə kafedrasının bazasında müstəqil fəaliyyət göstərəcək "Cərrahiyyə" və "Plastik və rekonstruktiv cərrahiyyə" kafedralarının yaranması haqqında qərar qəbul olunub.

 

Professor Nazim Pənahov vurğulayıb ki, son illərdə yeni ixtisasların yaranması və bir çox ixtisasların adlarında dəyişikliklərin olmasını nəzərə alaraq institutun bəzi kafedralarının adlarının yeni redaktədə verilməsi zərurəti yaranıb.


Müzakirələrdən sonra institutun “Şüa terapiyası kursu ilə şüa diaqnostikası” kafedrasının “Radiologiya”, ”Pedaqogika kursu ilə səhiyyənin təşkili və menecmenti” kafedrasının “Səhiyyənin təşkili və menecmenti”, “Ftiziatriya” kafedrasının “Pulmonologiya”, “Yoluxucu xəstəliklər” kafedrasının “İnfeksion xəstəliklər və kliniki mikrobiologiya”, ”Mikrobiologiya və epidemiologiya” kafedrasının “Tibbi mikrobiologiya və epidemiologiya”, “Patoloji anatomiya və məhkəmə tibbi-ekspertiza” kafedrasının “Məhkəmə tibbi-ekspertiza və patologiya” adlandırılması ilə bağlı qərar qəbul olunub.

 

Bundan başqa, İnstitutun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının plastik-cərrahi əməliyyatlar üzrə "Qiymət cədvəli" təsdiq edilib.

 

Daha sonra ADHTİ-nin təsərrüfat işləri üzrə prorektoru Röyal Süleymanov çıxış edərək institutun infrastruktur vəziyyəti və texniki risklərin qiymətləndirilməsi, yataqxana və sosial infrastruktur, maliyyə idarəçiliyi və qənaət siyasəti, təsərrüfat təminatı və texniki sistemlər, inventarizasiya və nəzarət mexanizmləri, kadr potensialı və idarəetmə istiqamətləri haqqında ətraflı məlumat verib. 

 
Elmi şuranın gündəliyinə daxil olan kafedra müdiri və professor vəzifələrinə seçkilər, eləcə də çapa tövsiyə olunan əlyazmaların təsdiq olunması ilə bağlı müzakirələr aparılıb, müsbət qərar qəbul edilib.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
 Quba RMX-da 0–3 aylıq körpələrin planlı profilaktik müayinələri həyata keçirilir   
 Kolonoskopiyadan qorxmağa dəyərmi?   
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
 “Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu” mövzusunda regional praktik təlim keçirilib
ATU tələbələri Türkiyədə kliniki təcrübə proqramında iştirak ediblər
İsmayıl Əfəndiyev Balakən Gömrük İdarəsində insan alverinə qarşı mübarizəyə dair təlim keçirib
 Naftalan Şəhər Mərkəzi Xəstəxanasında profilaktik peyvənd tədbirləri davam etdirilir   
Neftçalada
 Mədə-bağırsaq qanaxmaları endoskopik üsulla necə dayandırılır?   
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı
 Əhalinin sağlam həyat tərzi və davranış risk amilləri ilə bağlı maarifləndirici tədbir keçirilib   
 Qəbələ RMX-da növbəti ağır cərrahi əməliyyat uğurla icra edilib   
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
İİV infeksiyası ilə mübarizədə yeni yanaşmalar müzakirə olunub