ATU əməkdaşının tədqiqatı İspaniyada beynəlxalq elmi platformada yüksək qiymətləndirilib  
02.06.2026 16:13

 Azərbaycan Tibb Universiteti (ATU) əməkdaşının “MASLD və mikroalbuminuriyası olan xəstələrdə endotelial disfunksiyanın xəstəliyin proqressiyasına təsiri” adlı elmi işi Qaraciyərin Tədqiqi üzrə Avropa Assosiasiyasının İspaniyanın Barselona şəhərində keçirilən “EASL-2026 Konqresi”ndə elmi proqrama daxil edilib.

 

Aztibb.az xəbər verir ki, EASL-in 60 illik yubileyinə təsadüf edən konqres çərçivəsində dünyanın müxtəlif ölkələrindən təqdim olunan minlərlə elmi iş arasından seçilərək proqrama daxil edilən tədqiqat öz elmi yeniliyi və aktuallığı ilə diqqət çəkib.

 

Universitetin Daxili Xəstəliklər kafedrasının assistenti, Hepatologiya Mərkəzinin rəhbəri Hicran Xıdırovanın “Impact of Endothelial Dysfunction on Disease Progression in Patients with MASLD and Microalbuminuria” adlı tədqiqatının beynəlxalq nüfuzlu konqresə qəbul olunması onun elmi aktuallığı və praktik əhəmiyyətinin beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilməsinin göstəricisidir. Bu, eyni zamanda ötən 60 il müddətində ilk və yeganə azərbaycanlı həkimin tədqiqatının belə bir konqresdə yer alması deməkdir. 

 

MASLD və mikroalbuminuriya fonunda endotelial disfunksiyanın araşdırılmasına həsr olunmuş bu iş metabolik qaraciyər xəstəliklərinin erkən mərhələlərində riskin qiymətləndirilməsi və xəstələrin daha effektiv idarə olunması baxımından mühüm elmi və klinik əhəmiyyətə malikdir.

 

Tədqiqatın beynəlxalq elmi platformada təqdim olunması Azərbaycan hepatologiyasının qlobal elmi mühitdə təmsilçiliyinə və ölkəmizin tibb elminin beynəlxalq arenada tanıdılmasına da töhfə verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır