Xankəndidə tibbi aksiya: 310-a yaxın uşaq tibbi baxışdan keçirilib
01.06.2026 17:10

 

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərində yaşayan uşaqlar üçün genişmiqyaslı səyyar tibbi müayinələr təşkil olunub.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu təşəbbüs azad olunmuş ərazilərə qayıdan ailələrin övladlarının keyfiyyətli səhiyyə xidmətlərinə çıxışını gücləndirmək və uşaqların sağlam inkişafını dəstəkləmək məqsədi daşıyıb. Aksiya çərçivəsində institutun yüksəkixtisaslı həkim komandası – pediatrlar, nevroloqlar, kardioloqlar, endokrinoloqlar, oftalmoloqlar, otorinolarinqoloqlar və digər mütəxəssislər uşaqları hərtərəfli tibbi müayinədən keçirib. Onların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, profilaktik baxışlar aparılıb, zəruri laborator və instrumental müayinələr icra olunub.

 

Aşkarlanan xəstəliklər və sağlamlıq problemləri ilə bağlı valideynlərə ətraflı tibbi məsləhətlər verilib, fərdi tövsiyələr təqdim edilib. Ehtiyac yarandığı hallarda uşaqların ixtisaslaşmış tibb müəssisələrində müalicə və davamlı nəzarətə yönləndirilməsi təmin olunub.

 

Bununla yanaşı, valideynlərlə maarifləndirici görüşlər keçirilib. Həmin görüşlərdə uşaqların düzgün qidalanması, peyvəndlənmə, mövsümi xəstəliklərdən qorunma, sağlam həyat tərzi və psixoloji inkişaf kimi mühüm mövzular ətraflı izah olunub.

 

Ümumilikdə 310-a yaxın uşaq tibbi baxışdan keçirilib.

 

Eyni zamanda, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun heyəti 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri də təşkil edib. Uşaqların sevinc dolu anlar yaşaması, onların bayram əhvali-ruhiyyəsini hiss etməsi üçün xüsusi proqram hazırlanıb. Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə uşaqlara müxtəlif hədiyyələr paylanılıb və tədbirin sonunda havaya sülh, əmin-amanlıq nişanəsi olan ağ və mavi rəngdə şarlar uçurulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır