Tədris Cərrahiyyə Klinikasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ödənişsiz müayinə kampaniyası
01.06.2026 16:29
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında genişmiqyaslı pulsuz müayinə aksiyası təşkil olunub.
 
Klinikadan Aztibb.az-a verilən məlumata görə, kampaniya çərçivəsində klinikanın Neonatologiya və Uşaq Cərrahiyyəsi şöbələrinin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən uşaqlara ödənişsiz tibbi baxış keçirilib. Aksiya zamanı təxminən 50-ə yaxın uşaq müayinə olunaraq onların sağlamlıq vəziyyəti qiymətləndirilib.
 
Müayinələr zamanı uşaqlarda aşkarlanan müxtəlif sağlamlıq problemləri ilə bağlı valideynlərə ətraflı məlumat verilib, müalicə və profilaktik tədbirlər barədə tövsiyələr təqdim olunub. Eyni zamanda, əlavə müayinə və cərrahi müdaxilə tələb edən pasiyentlər müəyyən edilərək onların növbəti müalicə planı hazırlanıb. Bir sıra uşaqlara planlı əməliyyatların icrası tövsiyə olunub və onların klinikada müvafiq qaydada müalicəyə cəlb edilməsi nəzərdə tutulub.
 
Kampaniyanın əsas məqsədi uşaqların sağlamlığının vaxtında qiymətləndirilməsi, valideynlərin maarifləndirilməsi və ehtiyac duyan uşaqların ixtisaslaşmış tibbi yardıma əlçatanlığının artırılması olub.
 
Qeyd edək ki, Tədris Cərrahiyyə klinikasında uşaqların sağlamlığının qorunması və erkən diaqnostikanın təşviqi məqsədilə təşkil olunan bu cür sosial yönümlü aksiyalar gələcəkdə də davam etdiriləcək. Bu təşəbbüs valideynlər tərəfindən böyük məmnunluqla qarşılanıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır