Yaponiyalı alimlər xroniki yorğunluğu B qrupu vitaminlərinin çatışmazlığı ilə əlaqələndiriblər
30.05.2026 16:13

 

Osaka Metropoliten Universitetinin professoru Hiroaki Kanouçinin rəhbərlik etdiyi tədqiqat qrupu suda həll olunan vitaminlərin çatışmazlığı ilə xroniki yorğunluq sindromunun yaranması arasında qarşılıqlı əlaqə müəyyən edib.

 

Aztibb.az-ın www.sciencedaily.com-a istinadla xəbərinə görə, alimlər fol turşusu (B9) və B12 vitamini çatışmazlığının insanın ümumi rifahı ilə birbaşa korrelyasiyaya malik olduğu barədə fərziyyə irəli sürüblər.

 

Tədqiqatın əsas obyekti homosistein olub – bu, qanda səviyyəsi qeyd olunan maddələrin qeyri-kafi qəbulu zamanı yüksələn biomarkerdir. Eksperimentə Yaponiyanın 600-ə yaxın sağlam sakini cəlb edilib, onlardan qan analizləri götürülüb, həmçinin xüsusi şkalalar vasitəsilə motivasiya və yorğunluq dərəcələri müəyyən edilib.

 

Analizin nəticələri göstərib ki, homosistein konsentrasiyası yüksək olan iştirakçılarda cinsindən asılı olmayaraq, B12 və B9 vitaminlərinin səviyyəsi davamlı olaraq aşağı qeydə alınıb. Bununla belə, kişilərdə və qadınlarda yorğunluğun təzahür forması fərqli olub. Kişilərdə biomarkerin yüksək göstəriciləri fiziki tükənmə ilə əlaqələndirildiyi halda, qadınlarda qida maddələrinin çatışmazlığı motivasiyanın düşməsində özünü büruzə verib.

 

Tədqiqat qrupunun rəhbəri izah edib ki, tibb praktikasında homosisteinin səviyyəsi ənənəvi olaraq yalnız ürək-damar patologiyaları, demans və sümük sınıqları riskləri ilə əlaqədar qiymətləndirilirdi. O qeyd edib ki, yeni məlumatlar gələcəkdə yorğunluq və motivasiya göstəricilərinin də nəzərə alınmasının vacibliyinə dəlalət edir. Homosistein konsentrasiyasının artmasının qarşısını almaq üçün B12 vitamini və fol turşusu çatışmazlığına yol verməmək prinsipial əhəmiyyət kəsb edir. Kanouçinin sözlərinə görə, daimi olaraq balanslaşdırılmış pəhriz saxlamaq həlledici rol oynayır.

 

Analiz zamanı tədqiqatçılar insanın ümumi vəziyyətinə təsir göstərən digər amilləri, o cümlədən sınaqdan keçənlərin yaşını, yuxu müddətini, iş yükünün intensivliyini və qidalanma vərdişlərini də nəzərə alıblar. Müəlliflər vurğulayıblar ki, müasir cəmiyyət şəraitində xroniki yorğunluq problemi sırf fərdi məsələ çərçivəsindən kənara çıxıb.

 

 

ÇOX OXUNANLAR
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır
Bağırsağın quruluşundan ilhamlanan bakterial bioelement hazırlandı
Diabet və piylənmənin dərmansız müalicəsi istiqamətində yeni texnologiya - Qanda şəkəri və bədən çəkisini tənzimləyən elektron cihaz
Xankəndi şəhərinin təcili tibbi yardım əməkdaşları stasionardan kənar doğuşu uğurla həyata keçiriblər  
Səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib