Tələbələr İİV/QİÇS-in diaqnostikası, profilaktikası və risk faktorları barədə məlumatlandırılıb
26.05.2026 13:35

 

Azərbaycan Tibb Universitetində (ATU) tələbələr üçün İİV/QİÇS-lə mübarizəyə həsr olunmuş növbəti maarifləndirici tədbir təşkil edilib.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Tədbiri universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov açaraq bildirib ki, İİV/QİÇS bu gün dünya səhiyyəsinin ən aktual problemlərindən biri olaraq qalır. Prorektor gələcəkdə həkim kimi fəaliyyət göstərəcək tələbələrin bu xəstəlik barədə geniş biliklərə malik olmasının vacibliyini önə çəkib: “Praktik fəaliyyət zamanı hər bir tibb işçisi İİV/QİÇS-li xəstələrlə qarşılaşa bilər. Buna görə də xəstəliyin klinik əlamətləri, yayılma yolları və profilaktik tədbirləri barədə məlumatlı olmaq mühüm əhəmiyyət daşıyır”.

 

M.Səfərov çıxışında xəstəliyin müxtəlif orqan və sistemlərdə fərqli klinik əlamətlərlə özünü göstərə bildiyini diqqətə çatdırıb. O, xüsusilə stomatologiya sahəsində ağız boşluğunda yaranan bəzi dəyişikliklərin İİV infeksiyasının ilkin əlamətlərindən ola biləcəyini bildirib.

 

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov çıxısında gənclər arasında təbliğati tədbirlərin gücləndirilməsinin əhəmiyyətini, maarifləndirmə işinin vacibliyini vurğulayıb.

 

İnteraktiv şəkildə davam edən tədbirdə tələbələrə İİV/QİÇS-in diaqnostikası, profilaktikası, risk faktorları və xəstələrlə davranış qaydaları barədə ətraflı məlumat verilib.

 

Daha sonra Mərkəzin direktor müavini Günəş Cəfərova “Ölkədə İİV/QİÇS-lə bağlı epidemioloji vəziyyət” mövzusunda təqdimatla çıxış edib. O, İİV/QİÇS-in kəşf olunma tarixi, yoluxma yolları, infeksiya mənbələri, ölkədə aşkarlanma göstəriciləri və profilaktik tədbirlər barədə ətraflı məlumat verib.

 

Qeyd edilib ki, 1987-ci ildən etibarən Mərkəzdə ümumilikdə 13 872 nəfər qeydiyyata alınıb: “Onlardan 13 460 nəfəri Azərbaycan vətəndaşıdır. Yoluxanların 70,2 faizini kişilər, 29,8 faizini isə qadınlar təşkil edir. İndiyədək 1570 nəfər bu xəstəlik səbəbindən həyatını itirib”.

 

Günəş Cəfərovanın sözlərinə görə, yoluxanların 76,4 faizi 25-49 yaş aralığında olan şəxslərdir. Qeydiyyata alınanların 1,7 faizi 17 yaşadək uşaqlar, 19,1 faizi isə QİÇS mərhələsində olan xəstələrdir.

 

Məruzəçi tələbələrə qorunma yolları, İİV-lə yaşayan insanlarla düzgün davranış prinsipləri, həmçinin paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən könüllü müayinə məntəqələri barədə də məlumat verib.

 

Geniş müzakirələrlə davam edən tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər paylanıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır