Mərkəzi Gömrük Hospitalının klinik bazasında əcnəbi tələbələr üçün tədris prosesi davam etdirilir  
25.05.2026 12:06
Mərkəzi Gömrük Hospitalının klinik bazasında müxtəlif təhsil səviyyələri üzrə tələbə, rezident və kursantlar üçün nəzəri-praktik tədris prosesi həyata keçirilir.
 
Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, hazırda Gömrük Hospitalında Azərbaycan Tibb Universitetinin sonuncu kursunun ingilis dili bölməsində təhsil alan bir qrup əcnəbi tələbə klinik hazırlığını davam etdirir.
 
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyevin rəhbərliyi ilə ATU-nun VI kurs əcnəbi tələbələri “Daxili xəstəliklər” fənni üzrə nəzəri-praktik məşğələlərdə iştirak edirlər. Tədris dövründə tələbələr Mərkəzi Gömrük Hospitalının klinik bazasında müxtəlif xəstəliklər üzrə müalicə alan pasiyentlərin müşahidəsi, klinik halların təhlili, diaqnostika və müalicə yanaşmalarının müzakirəsi, həmçinin hospitalda tətbiq olunan müasir tibbi texnologiyalar və unikal müalicə üsulları ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
 
Mərkəzi Gömrük Hospitalında yaradılmış müasir tədris-klinik mühit tələbələrin nəzəri biliklərini real klinik praktika ilə möhkəmləndirməsinə, klinik düşüncə bacarıqlarını inkişaf etdirməsinə və peşəkar həkim kimi formalaşmasına mühüm töhfə verir.
 
Hospitalın klinik bazasında tədris prosesinin təşkili ölkədə tibb təhsilinin keyfiyyətinin artırılmasına, tələbələrin praktik hazırlığının gücləndirilməsinə və səhiyyə sahəsində müasir bilik və bacarıqların paylaşılmasına xidmət edir.
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Oromandibulyar distoniya nədir?
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə