"CoronaVac" peyvəndi koronavirusa qarşı sürətli immunitet reaksiyası yaradıb - Tədqiqat
19.11.2020 13:36

Çinin "Sinovac" şirkəti tərəfindən hazırlanan "CoronaVac" adlı peyvəndin 700-dən çox insanın iştirakı ilə aparılan klinik sınaqlarının birinci və ikinci mərhələsində peyvəndin könüllülərdə sürətli immunitet reaksiyasına səbəb olduğu və koronavirusu təsirsiz hala gətirdiyi müəyyən edilib.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, şirkətin açıqlamasında "CoronaVac"ın COVID-19-a qalib gəlmiş iştirakçılarda daha əvvəl xəstəliyə yoluxmayanlara nisbətən daha az anticisim istehsal etdiyi bildirilib. Klinik sınaqların nəticələri "The Lancet" elmi jurnalında dərc edilib.

 

Bundan əlavə, "Sinovac" peyvəndinin üçüncü mərhələsi Türkiyə, İndoneziya, Braziliya və Çində on minlərlə iştirakçı ilə davam edir. İnsanlar üzərində təcrübələrin son mərhələsinin nəticələrinin qarşıdakı həftələrdə açıqlanması gözlənilir.

 

Peyvənd araşdırmasında iştirak edən tədqiqatçılardan biri olan Zu Fenqçai qeyd edib: “Tədqiqatlarımız "CoronaVac"ın 14 gün fasilə ilə iki doza peyvənd qəbul edən iştirakçılar üçün dörd həftə ərzində lazımi toxunulmazlığı təmin etdiyini göstərdi. Bunun peyvəndin təcili istifadə üçün təsdiqlənməsinə kifayət edəcəyini düşünürük".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib