ATU-nun Tədris Terapevtik Klinikasında elmi seminar keçirilib  
24.05.2026 11:19
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Rezidentura və magistratura şöbəsi, II Uşaq xəstəlikləri kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “İrsi metabolik xəstəliklər: erkən diaqnostika, müasir yanaşmalar və profilaktik tədbirlər” mövzusuna həsr olunmuş elmi seminar keçirilib.
 
ATU-dan Aztibb.az-a bildirilib ki, seminarda Tədris Terapevtik Klinikasının baş həkimi Fəridə Hacıyeva irsi metabolik xəstəliklərin erkən diaqnostikası və düzgün klinik idarə olunmasının xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
 
II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Nailə Sultanova irsi metabolik xəstəliklər, o cümlədən daşıyıcı zülal və kofaktor defektləri, metabolik pozğunluqlar, toksik metabolitlərin toplanması və s. məsələlər hadqa ətraflı məlumat verib.
 
THİK-in sədri, II Uşaq xəstəlikləri kafedrasının assistenti, Tədris Terapevtik Klinikasının Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin rəhbəri Qoşqar İsmayılov metabolik və genetik xəstəliklərin müalicəsində müasir təbabətin rolu haqqında bəhs edib.
 
“Leyla Medical Center”-in uşaq metabolik xəstəlikləri üzrə mütəxəssisi Ləman Əlirzayeva “İrsi metabolik xəstəliklərin diaqnostika və müalicəsi”, adıçəkilən xəstəxananın diyetoloqu Türkan Sultanlı isə “İrsi metabolik xəstəliklərdə diyet bir müalicədir” mövzusunda çıxış ediblər.
 
Seminarda müxtəlif ixtisaslar üzrə rezident həkimlər, doktorantlar və klinikanın əməkdaşları mövzu ətrafında fikir mübadiləsi aparıblar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır