Kəpək təhlükəli xəstəliyin simptomu ola bilər
19.11.2020 11:02

Parkinson xəstəliyinin əlamətlərindən biri də kəpəkdir.

 

Aztibb.az ria.ru-ya istinadla xəbər verir ki, bu barədə “Express” nəşri Böyük Britaniyada Parkinson xəstəliyini öyrənən cəmiyyətin məlumatlarına istinadən yazıb.

 

Söhbət Seboreik dermatit xəstəliyindən gedir. Seboreik dermatit - baş dərisi, eləcə də bədəndə piy vəzilərinin üstün olduğu nahiyələrdə inkişaf edən iltihabi xarakterli xroniki dəri xəstəliyidir. Onun xarakterik kliniki simptomlarına dərinin qaşınması ilə müşayiət edilən iltihab və pulcuqlanma aiddir.

 

Eyni zamanda, alimlər hələ də Seboreik dermatitin Parkinson xəstəliyindən əziyyət çəkən xəstələrə necə təsir etdiyini açıqlaya bilməyiblər.

 

Qeyd edək ki, Parkinson dofaminergik niqrostriar neyronların azalması ilə assosiasiya olunan beynin neyrodegenerativ xəstəliyidir. Parkinson xəstəliyi il ərzində hər 100 min nəfərdən 5-21-də rast gəlinən haldır və dünyada həmin xəstəliyə mübtəla olan təqribən 330 min nəfər var. Xəstəliyin ilk əlamətləri adətən yaşı təxminən 55 ətrafında olanlarda meydana çıxsa da, hər 10 xəstədən birində xəstəlik 40 yaşdan əvvəl baş verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib