Şərur rayonunun Xanlıqlar kəndində tibbi müayinə aksiyası keçirilib  
17.05.2026 12:24

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, “Şərur Regional Tibb Mərkəzi” PHŞ-nin ixtisaslı həkim briqadasının iştirakı ilə Şərur rayon Xanlıqlar Ailə Sağlamlıq Mərkəzində növbəti tibbi müayinə aksiyası təşkil olunub.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən xəbərə görə, aksiya çərçivəsində sakinlər terapevt, pediatr, ginekoloq, LOR, psixiatr və digər ixtisaslı həkimlər tərəfindən müayinə olunub, eyni zamanda USM, rentgen, EKQ və laborator xidmətlər göstərilib.

 

Keçirilən tibbi aksiya zamanı, ümumilikdə, 86 nəfər müraciət edib, 260 müayinə aparılıb. Müayinələr zamanı 30 rentgen, 40 USM, 23 EKQ və 85 laborator müayinəsi icra olunub. Həmçinin 12 pediatrik, 21 terapevtik, 15 LOR, 16 psixiatrik və 18 ginekoloji müayinə aparılıb. 

 

Qeyd edək ki, bu cür tibbi aksiyalar əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və  tibbi xidmətlərə əlçatanlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır