Müasir xəstəxanada təhlükəli risklər vaxtında necə aşkarlanır?
14.05.2026 08:31

Özəl xəstəxanalarda ən təhlükəli problemlər bəzən görünməyən risklərdən qaynaqlanır. Pasiyentin fərq etmədiyi, lakin sistemin vaxtında müəyyən etməli olduğu bu risklər səhiyyə idarəçiliyində xüsusi əhəmiyyət daşıyır.

 

Aztibb.az Dr. Cəbrayıl Abbasovun ekspert açılqamasını təqdim edir:

 

Gizli risklər necə aşkarlanır?

 

Ekspert qeyd edir ki, özəl xəstəxanalarda gizli risklərin vaxtında aşkarlanması üçün ilk növbədə klinik auditlər həyata keçirilir. Daha sonra daxili nəzarət sistemləri vasitəsilə proseslər davamlı şəkildə izlənilir. Elektron tibbi qeydiyyatların analizi mümkün riskləri əvvəlcədən müəyyən etməyə imkan yaradır.

 

Onun sözlərinə görə, infeksiya nəzarət protokollarının düzgün tətbiqi xəstəxanadaxili təhlükələrin qarşısının alınmasında mühüm rol oynayır. Eyni zamanda tibbi səhvlər və gecikmələr xüsusi monitorinq sistemi ilə nəzarətdə saxlanılır. Risk komitələrinin müntəzəm iclaslarında isə mövcud vəziyyət təhlil olunur və qabaqlayıcı qərarlar qəbul edilir.

 

Ekspert vurğulayır ki, pasiyent məmnuniyyəti və şikayətlərin təhlili də risklərin müəyyən edilməsində vacib göstəricilərdən biridir. Bundan əlavə, 7/24 məlumat axınının davamlı izlənməsi xəstəxana sisteminin təhlükəsiz və çevik idarə olunmasına şərait yaradır.

 

"Müasir xəstəxana artıq yalnız müalicə aparan müəssisə deyil. O, eyni zamanda riskləri əvvəlcədən görən, təhlil edən və qarşısını alan canlı idarəetmə sistemidir. Çünki səhiyyədə uğur yalnız düzgün diaqnoz qoymaqdan ibarət deyil. Əsl uğur potensial təhlükəni problemə çevrilməzdən əvvəl müəyyən etməkdir. Güclü xəstəxananı fərqləndirən əsas xüsusiyyət də məhz budur: problemi baş verdikdən sonra deyil, baş verməmişdən əvvəl görmək", - deyə Dr. Cəbrayıl Abbasov yekunlaşdırıb.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır