Tərəziyə çıxarkən nələrə diqqət edilməlidir? - Dietoloq məsləhəti
18.11.2020 22:34

Xüsusən artıq çəkidən əziyyət çəkən şəxslər dieta saxlayır və çəkilərini tez-tez yoxlayırlar.

 

Aztibb.az xəbər verir ki, dietoloq Günel Kərimova tərəziyə çıxarkən diqqət edilməsi şərt olan mühüm nüansları qeyd edib.

 

Tərəziyə çıxarkən bunlara diqqət edin:

 

1. Tərəzidə sabit dayanmaq vacibdir. Tərəziyə çıxarkən hər iki ayağınıza da eyni qədər ağırlıq verməlisiniz. Belə olmazsa,tərəzi yanıla bilər.

 

2. Menstrual tsikl zamanı bədəndə hormonal dəyişiklik baş verir və bədən ödəm yığmağa başlayır. Bu dövürdə göstərən çəki sizi yanıltmasın. Ən azı +700q fərq edir.

 

3. Tərəzinin qoyulduğu yer sərt və eyni yer olmalıdır. Xalının üzərinə qətiyyən tərəzi qoymaq olmaz. Bu zaman tərəzi sizi yanıldacaq.

4. Ən düzgün çəkilən çəki səhər ac qarına, WC-dən sonra və paltarsız çəkilən çəkidir.

 

5. Tərəziyə çıxmadan 1 gün əvvəl duzlu yeyib-yemədiyinizə diqqət edin. Əgər siz bir gün əvvəl bol duzlu nəsə yemisinizsə, onda səhər çəkidə tərəzi çox göstərəcəkdir.

 

6. Axşam saatlarında tərəziyə qətiyyən çıxmayın. Əlbəttə ki, yedikləriniz havaya yox, bədəninizə daxil olur. Bu zaman tərəzi sizi yanıldacaq.

 

7. İdmandan sonra tərəziyə çıxmayın. Çünki bu zaman siz tərlə bərabər çoxlu su itirdiyiniz üçün tərəzi düzgün çəkini göstərməyəcək.Yəni bu zaman müvəqqəti olaraq çəkiniz az göstərilə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib