Diplopiya - cüt görmənin yaratdığı ciddi fəsadlar
18.11.2020 22:09

Görmədəki dəyişikliklər daxili orqanların patologiyaları ilə sıx əlaqəlidir. Hipertoniya, birləşdirici toxuma patologiyaları, endokrin dəyişiliklər, baş beyin patologiyaları, infeksion xəstəliklər və s. görmə orqanında özünəməxsus dəyişiliklər yaradır. Bəzən bu hallar cüt görməyə (Diplopiya)  gətirib çıxarır.

 

Cüt görməyə səbəb olan amillər bunlardır:

-Endokrin dəyişiliklər

-Şəkərli diabet

-Baş-beyin patologiyası

-İnfeksion xəstəliklər

-Metobolik xəstəliklər

-Vitamin A defisiti

 

Diplopiya beyin tərəfindən bir obyektin eyni vaxtda iki təsvirinin alınmasıdır. Hər iki gözlə ayrı-ayrı baxıldığında tək görmə olduğu halda, iki gözlə baxılanda iki görmə varsa, nevroloji bir pozulma olduğu düşünülməlidir. İki görmənin əsas səbəbi göz siniri xəstəlikləridir. Göz əzələlərini cəlb edən xəstəliklərindən də iki görmə yarana bilir. Beyindən qaynaqlanan iki görmənin səbəbləri arasında beyin damarlarında yaranan bir sıra problemlər sayıla bilər.

 

Cüt görmə beyin şişi əlaməti ola bilər. Sözügedən durum ciddi xəstəliklərin xəbərçisi ola bilər. Bu zaman müayinə olunub, yaxınlaşan təhlükə barədə maariflənmək və vaxtında qarşısının alınması üçün addımlar atılmalıdır. Mütəxəssislər cüt görməni ciddiyə almaq barədə insanlara xəbərdarlıq edir. Bu əlamətlərin beyin şişi simptomlarının xəbərçisi olduğu ehtimalından da xəbər verir. Hətta daha ağır xəstəliklərin risk faktorları olması da ola bilər.

 

Çox sıx olaraq yüksək təzyiq və diabet kimi xəstəliklərə bağlı olaraq damarlarda tıxanmanın təsiri ilə və yaxud baş-beyin travması ilə də cüt görmə müşahidə edilir. Bu əlamətlərlə yanaşı, xəstə aşağı və yuxarı baxa bilmir, göz qapağı düşürsə, bu əlamətlər beyin şişi ehtimalını artırır. İki görmənin tək, yoxsa iki gözdə də olub-olmaması vacib amildir. Bu diqqətçəkən məqamlardandır. Həkimlərin sözlərinə görə, mütləq müayinə olunub təsdiqlənməlidir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib