Azərbaycan və Türkiyə xəstəxanaları arasında “Qardaşlaşmış Xəstəxana” memorandumu imzalanıb
17.11.2020 15:18
Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti ilə TƏBİB arasında qarşılıqlı çoxistiqamətli əməkdaşlıq çərçivəsində müzakirələr aparılıb.
 
Görüş zamanı Türkiyə ilə Azərbaycan hökümətləri arasında “Səhiyyə və tibb elmləri sahəsində” əməkdaşlıq sazişini rəhbər tutaraq “Qardaşlaşmış Xəstəxana” memorandumu imzalanıb.
 
Memorandum ilkin mərhələdə Kliniki Tibbi Mərkəz və Gülhanə Təhsil və Tədqiqat Xəstəxanası, eyni zamanda K.Fərəcova adına Pediatriya İnstitutu və Ankara Şəhər Xəstəxanasının Uşaq Xəstəxanasını əhatə edib.
 
İmzalanma mərasimində TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı, Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Avropa Birliyi və Xarici Əlaqələr Baş İdarəsinin rəhbəri Səlami Kılıç, Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev, Ankara Şəhər Xəstəxanasının Uşaq xəstəxanasının baş həkimi, prof. Emrah Şenel, Kliniki Tibbi Mərkəzin direktoru İlham Qafarov, Gülhanə Təhsil və Tədqiqat xəstəxanasının baş həkimi Serkan Gökkaya iştirak edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub