Mərkəzi Gömrük Hospitalının həkimləri - “Arxa cəbhə”nin gözəgörünməz qəhrəmanları
25.07.2020 11:14

Mərkəzi Gömrük Hospitalının Alqı-satqı və təchizat şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru Fərid Əliyev: “Bu gün Vətənimiz ağır imtahan qarşısındadır. COVID-19 kabusu başımızın üstündə dolaşmaqdadır. Bütün səhiyyə işçiləri kimi bizim təchizat komandası da koronavirusla mübarizəyə qoşularaq, insanların sağlamlığının keşiyindədir. Əminəm ki, bu gərginliyin və çətinliyin də öhdəsindən layiqincə gələcək, COVID-19 bəlasından birlikdə qurtulacağıq”.

 

Bu gün ən müasir avadanlıqlar və tibbi texnologiyalarla təchiz olunan Mərkəzi Gömrük Hospitalı COVID-19 xəstələrinin xidmətindədir. Bu xidmətin fasiləsiz və yüksək səviyyədə göstərilməsində Alqı-satqı və təchizat şöbəsinin rolu böyükdür.


Dünyanı bürüyən COVID-19 pandemiyasına qarşı bu şöbənin bütün əməkdaşları  gərgin iş rejimində çalışır. Belə ki, şöbənin rəisi, tibb üzrə fəlsəfə doktoru Fərid Əliyevin rəhbərliyi altında provizor-texnoloqlar, eləcə də satınalmalar üzrə mütəxəssislər, anbardarlar, texniklər, inventar üzrə məsul şəxs bu günlərdə intensiv iş rejimində çalışır. Onlar sözün əsl mənasında “arxa cəbhə”nin gözəgörünməz qəhrəmanlarıdır.

 

Xəstəxananın fəaliyyətinin effektiv olması üçün dərman vasitələri, tibbi ləvazimatlar, cihaz və avadanlıqlar, servis, eləcə də xəstələrin qidalanması üçün ərzaq təchizatı çox önəmlidir. Bunların hamısının vaxtı-vaxtında, dəqiq assortimentdə, uyğun miqdarda və lazımi keyfiyyətdə operativ çatdırılması sonda xəstələrə göstərilən xidmətin keyfiyyətinə, xəstələrin sağlamlığına, hospitalın işinin yüksək səviyyədə təşkilinə imkan yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib