Qeysəriyyə yolu ilə  doğulan uşaqlarda tez-tez astmaya rast gəlinməsinin SƏBƏBLƏRİ- Pediatrlar açıqladı
17.11.2020 12:29

Təbii yolla dünyaya gəlmiş uşaqlar doğum zamanı ilk bakteriyaları alırlar. Qeysər kəsiyinin köməyi ilə doğulan uşaqlar isə bu bakteriyaların təsirinə məruz qalmır, onların mikroflorası natamam olur. Bu halda bağırsaq florası uşağın həyatının ilk ilində onun xarici mühitin müxtəlif təsirlərinə məruz qalması nəticəsində yaranır.

 

Bəzi uşaqlarda isə bu, yalnız həyatlarının birinci ilindən sonra baş verir.

 

Aztibb.az meddaily.ru-ya istinadla xəbər verir ki, bu halda astmanın inkişafı riski demək olar ki, 3 dəfə artır. Uşaqların bağırsaqlarında aşkar edilmiş yüzlərlə bakteriyaların arasından tədqiqatçılar qeysəriyyə ilə doğulan uşaqların mikroflorasına çatışmayan 5-dən 10-a qədər tip müəyyən etməyə müvəffəq olublar.

 

Danimarkanın Uşaq Astma Mərkəzi və Kopenhagen Universiteti tərəfindən aparılmış tədqiqatlar göstərib ki, qeysər kəsiyi yolu ilə doğulmuş uşaqlarda astmaya rast gəlinməsi mikroflorada pozulmalarla bağlıdır.

 

Son tədqiqat çərçivəsində həyatın birinci ilində 700 uşağın bağırsaq mikroflorasının analizi aparılıb.

 

Beləliklə, bağırsaq florasının vəziyyəti təxminən bir yaşlı uşaqlarda astmanın inkişafı üçün həlledici amildir. Bu səbəbdən probiotiklərdən istifadə astmanın inkişafının qarşısını ala bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib