Masallıda “Ürək əməliyyatlarından sonrakı dövrdə pasiyentlərin müayinə və müalicə prinsipləri” adlı seminar keçirilib
20.06.2025 18:19

TƏBİB-in təşkilatçılığı ilə Masallı Rayon Mərkəzi Xəstəxanasında “Ürək əməliyyatlarından sonrakı dövrdə pasiyentlərin müayinə və müalicə prinsipləri” mövzusunda seminar təşkil olunub. Seminar Almaniyanın Vürzburq Universitetinin Toraks, Ürək və Torokal Damar Cərrahiyyəsi Klinikasının ürək cərrahı Seymur Kərimlinin təqdimatında baş tutub.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən xəbər verilib.

 

Təlimdə Masallı, Astara, Biləsuvar və Cəlilabad rayon mərkəzi xəstəxanalarının kardioloqları, terapevtləri, pediatrları, eləcə də İlkin səhiyyə xidmətləri və Təcili tibbi yardım şöbələrinin həkimləri iştirak ediblər. Ümumilikdə 120-dən çox iştirakçının qatıldığı tədbir mövzunun aktuallığı baxımından böyük maraqla qarşılanıb.

 

Seminarda vurğulanıb ki, ürək-damar cərrahiyyəsi sahəsində əldə olunan nailiyyətlər minlərlə insana ikinci həyat bəxş edir. Lakin bu proses təkcə əməliyyatla yekunlaşmır. Əməliyyatdan sonrakı mərhələdə reabilitasiya, müntəzəm müşahidə, davamlı tibbi nəzarət, effektiv müayinə, vaxtında müdaxilə və pasiyentə fərdi yanaşma xüsusi əhəmiyyət daşıyır.

 

Seymur Kərimli bu sahədə beynəlxalq təcrübəyə əsaslanan praktik tövsiyələrini iştirakçılarla bölüşüb.

 

Tədbir həkimlərin aktiv iştirakı, sual-cavab sessiyası və qarşılıqlı müzakirələrlə davam edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır