Açıq havada koronavirusa yoluxma riski var - Professor açıqladı
16.11.2020 17:12

Çirkli havada koronavirusa yoluxma riski artır. 

 

Aztibb.az Türkiyə KİV-inə istinadən bildirir ki, bunu Türkiyə Torokal Cəmiyyətinin rəhbəri, professor Həsən Bayram deyib. Onun sözlərinə görə, havada olan çirkli hissəciklər koronavirus daşıyıcısı ola bilər, ona görə də açıq havada da maska taxılmalıdır. Mütəxəssisin sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, qapalı mühitlərdə öskürəndə, yüksək səslə danışanda və güləndə çıxan damlacıqlar ətrafa yayılaraq müəyyən bir müddət havada qalır. Bu istiqamətdə tədqiqatların açıq sahələr üzrə də aparıldığına diqqət çəkən professor qeyd edib ki, havadan toplanan hissəciklərdə müxtəlif göbələklər, bakteriyalar, viruslar və antigenlər tapılıb.

 

Qeyd olunub ki, 2010-cu ildə Tayvanda aparılan araşdırmada, səhrada toz fırtınaları zamanı hissəciklərdə A qripi virusu olduğu təyin olunub. İtaliyada aparılan bir araşdırmada isə tədqiqatçılar havanı çirkləndirən hissəciklərdə koronavirus aşkarlayıblar.

 

Bu hissəciklərin xəstəliyə səbəb olduğunun hələ təsdiqlənmədiyini vurğulayan professor deyib ki, alimlər bu yöndə araşdırmaları davam etdirilər. Çünki havadakı hissəciklərdə virusun olması xəstəliyin bu şəkildə yayıla biləcəyi şübhəsini artırır. Virus havadakı hissəciklərdə günəşə məruz qalanda bir müddət sonra təsirini itirir, ancaq səthlərə yapışa, küləyin təsiri ilə yayıla da bilər. Kimsə 10 dəqiqə ərzində canlılığını itirməmiş həmin hissəciklərlə nəfəs alldıqda xəstəliyə yoluxa bilər. Xüsusilə insanların çöldə sıx olduğu zaman, əhali çox olan şəhərlərdə, avtobus dayanacaqlarında, küçədə, parklarda bu cür yoluxmaların olması mümkündür.

 

Mütəxəssis havada yüksək çirklənmə saatlarında çölə çıxmamağı tövsiyə edib. Havada çirkliliyin səhər və axşam saatlarında sıx olduğunu bildirən professor evlərin havasını günorta saatlarında dəyişməyi də məsləhət görüb.

 

Onun sözlərinə görə, astma, ürək xəstəliyi kimi həssas xroniki xəstəlikləri olanlar, yaşlılar və uşaqlar güclü hava çirkliliyi dövründə açıq havada çox vaxt keçirməməlidir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib