"Maskanı daha diqqətlə taxsınlar, ara məsafəsini qorusunlar" - TƏBİB-dən növbəti çağırış
16.11.2020 16:18

“Havaların soyuması ilə əlaqədar əhali daha çox qapalı məkanlardan istifadə edir. İnsanlarda təmas riski daha yüksəkdir. Bütün bunlara görə yoluxma halları artmağa doğru gedir”. 

 

Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev deyib. O qeyd edib ki, insanlar qapalı məkanlarda ara məsafəsini qorumur və bir çox hallarda maskadan düzgün istifadə etmirlər. 

 

TƏBİB rəsmisi əhaliyə çağırış edərək bildirib ki, əgər qaydalara əməl olunmasa, yoluxma sayının daha da artma ehtimalı var:

 

“İnsanlara çağırış edirəm, onlardan təvəqqem budur ki, maskanı daha diqqətlə taxsınlar, ara məsafəsini qorusunlar. Biz bilirik ki, test sayı nə qədər çox olursa, bir o qədər çox cavabı pozitiv çıxan xəstələri aşkarlaya bilirik. Bu rəqəmlər gündən-günə artır. Eyni zamanda, kütləvi toplaşmalar da bu sayın artmasına təsir edir. 

 

İnsanlar ordu sıralarından geri dönür, hər kəs onları görməyə gedir. Həm də şəhidlərimizlə əlaqədar dəfn mərasimləri keçirilir. Bunlar tam başadüşüləndir, bunlarsız olmur. Amma bu cür kütləvi yerlərdə mütləqdir ki, ara məsafəsi saxlanılsın. 

 

Şərt deyil ki, insanlar bir-birini qucaqlasınlar, bir-birinə yaxın dursunlar. Bir-biri ilə görüşsələr belə, mütləqdir ki, qaydalara əməl olunsun, maska taxılsın. Əks halda, xəstəlik artmağa doğru davam edəcək”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub