İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə uşaq sığınacaqlarında ixtisaslı həkim müayinələri təşkil olunub
02.06.2025 13:09
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Bakı şəhərindəki uşaq sığınacaqlarında məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub.
 
Agentlikdən Aztibb.az-a bildirilib ki, tibbi müayinələrin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərin sağlamlığı ilə bağlı problemlərini erkən aşkarlamaq və ağırlaşmaların qarşısını vaxtında almaqdır.
 
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi müayinə “Ümid Yeri”, “Azərbaycan Uşaqları” İctimai Birliyi Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzi və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyində keçirilib. Aksiyada ümumilikdə 119 nəfər iştirak edib.
 

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi müayinələrə uşaq və yeniyetmələr, həmçinin sığınacaqlarında məskunlaşan qadınlar cəlb olunub. Tibbi müayinələrə Agentlik tərəfindən Nizami Tibb Mərkəzi, 11 saylı Uşaq poliklinikası və 4 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkim heyəti cəlb edilib.

 

Aksiya çərçivəsində sığınacaq sakinləri pediatr, otorinolarinqoloq, cərrah, nevroloq, oftalmoloq, kardioloq, dermatoloq, ginekoloq, radioloq və psixiatr tərəfindən müayinə ediliblər. Müayinədən keçən şəxslərin bəzilərində xroniki tonzillit, ürək ritminin pozulması, ginekoloji, endokrinoloji və oftalmoloji problemlər aşkarlanıb. Eyni zamanda ümumi sağlamlıq vəziyyətinin dəyərləndirilməsi üçün laborator analizlər də aparılıb. Laborator analizlərin nəticələrinə əsasən sakinlərin əksəriyyətində vitamin D defisiti müşahidə olunub.

 

Bəzi hallarda müayinə nəticələrinə əsasən əlavə tibbi xidmətlərə - müalicə və əməliyyata ehtiyac yaranıb. Həmin şəxslər Agentliyin dəstəyi ilə aidiyyəti üzrə yönləndirilib və həkim təyinatına uyğun dərman preparatları ilə ödənişsiz təmin ediliblər.

 

Qeyd edək ki, Agentlik hər zaman həssas qruplardan olan şəxslərə xüsusi qayğı ilə yanaşır, onların vaxtında müayinə və müalicə məsələlərini diqqətdə saxlayaraq tədbirlər görür.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar